Avtomobil

BMW avtomobilləri hələ yola çıxmamış məhv edildi

701views

ABŞ’ın Cənubi Karolina ştatında istehsal olunan avtomobilləri daşıyan yük qatarının relsdən çıxması nəticəsində 97 avtomobil zərər görüb.

Səlahiyyətli şəxslər, Greer şəhərindən Charleston’a gedən qatarın, mərkəzi şəhər Columbia yaxınlığında relsdən çıxdığını və qəzada Almaniyanın BMW şirkətinə aid 97 avtomobilin ziyan gördüyünü açıqlayıb.

yaaz.az avtomobillerin qezasi

Qəzada avtomobillərlə yanaşı iki paravozun və bir çox vaqonun sıradan çıxdığı, qəzanın meydana gəldiyi dəmir yolunun açılması üçün işlərin davam etdirildiyi bildirilib.

yaaz.az avtomobillerin qezasi