DünyaKosmos

Birləşmiş Ərəb Əmirlikləri Prezidenti, Marsda şəhər salacaqlarını bildirib

Marsda şəhər
122views

Birləşmiş Ərəb Əmirlikləri 2117-də Marsda şəhər salacaq.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 100 il ərzində Qırmızı Planetdə yaşamağa yararlı bir şəhər inşa etməyi planlaşdırdıqları “Mars 2117” layihəsini bildirib.

Beynəlxalq təşkilatlar və şirkətlər tərəfdaşlığında həyata keçirilməsi nəzərdə tutulan layihə, BƏƏ Prezidenti Məhəmməd bin Raşid əl Mektum tərəfindən sosial mediada elan edilib.


Marsda “miniatür bir şəhər və insan icması” inşa etməyi düşündüklərini deyən Mektum, ölkədəki mütəxəssis elm adamları, alimlər və mühəndislər tərəfindən hazırlanan layihə çərçivəsində, robotlar tərəfindən inşa edilməsi planlaşdırılan şəhərin virtual təqdimatını dərc edib.

“Digər planetlərə yerləşmək, uzun zamandır insan övladının xəyalıd;r. Məqsədimiz, BƏƏ-nin bu xəyalı reallaşdırmaq üçün beynəlxalq işlərə rəhbərlik etməsidir” deyən BƏƏ Prezidenti Mektum, bu layihənin bu gün torpağa əkilən toxum olduğunu, gələcək nəsillərin təməlini qoyacağını ifadə edib.

Yaxın şərq ölkələri arasında qeyri-adi bir xüsusiyyət daşıyan “Mars 2117 layihəsi”, Birləşmiş Ərəb Əmirliklərinin Mars orbitinə 2021-ci ildə çatacağı planlaşdırılan qurğu layihəsinə dair 2015-də apardıqları təbliğatdan sonrakı ikinci böyük kosmos addımı kimi görünür.