MaraqlıSəyahət

Bir qəsəbə iki ölkə | Baarle, səyahət üçün bir addım

112views

Tarix boyu sərhədlər daim insanları özünə cəlb edib. Tikanlı çəpərlərin, çayların, dağların və ya bəlkə də kiçik daşların üzərindən boylanaraq başqa bir ölkənin torpaqlarını izləmək hər zaman bizləri həyəcanlandırıb. Ancaq elə ölkələr də var ki onların sərhəddinə qayalar, daşlar deyil sadə bir xətt çəkilib.

Belə xətlərdən biri, Hollandiya və Belçika sərhəddində yerləşən Baarle qəsəbəsi torpaqlarına cızılıb.

Bu qəsəbənin tarixi Hollandiya və Belçika dövlətlərinin qurulmasından da əvvəlki vaxtlara gedib çıxır. Hələ orta əsrlərdə ikiən, torpaq sahibləri razılığa gələrək öz ərazilərinin sərhədlərini aydınlaşdırıblar. İllər sonra iki dövlətin sərhədləri təyin olunarkən məhs sakinlər tərəfindən cızılan xətlər əsas götürülüb. Sərhədlər məlum olduqdan sonra isə bu qəsəbə iki dövlətin bir parçası olaraq digər bölgələrdən fərqlənib.

yaaz.az Baarle qesebesi

Baarle qəsəbəsinin Hollandiya tərəfdə olan hissəsi Baarle-Nassau, Belçikada olan hissəsi isə, Baarle-Hertog adlanır.

Qəsəbənin sərhəd xətti ard-arda yerə düzülən kirəmit boz daşlardan ibarətdir. Hollandiya tərəfdə NL, Belçika tərəfdə isə sadə B hərfi yazılı nişan göstərilməkdədir.

Qəsəbə içərisində sərhəd xətti, Evlərin ortasından, marketlərin içərisindən, avtomobil yollarıdan keçir. Hər ölkənin öz xüsusi vergi qanunları olması səbəbindən marketlərin satış qiymətlərində də fərqliliklər var. Misal üçün tütün Belçikada Hollandiya vətəndaşlarına daha ucuz başa gəlir.

yaaz.az Baarle qesebesi

Bundan əlavə sərhəd üzərində yerləşən evlərin və marketlərin də maraqlı xüsusiyyətləri var. Belə ki, hər ölkənin öz vergi qanunları olduğu üçün belə evlərin və marketlerin hansı ölkənin qanunlarına uyacağı ilə bağlı sual yaranır.  Bu zaman binanın giriş qapısı hansı ölkəyə baxırsa, o ölkənin də qanunları ilə hərəkət edir. Həttda qəsəbədə bir ev var və sərhəd düz giriş qapısının ortasından keçir, buna görə də qapının üzərində iki ölkənin fərqli küçələrinin adı və bayrağı göstərilib.

Qəsəbəyə gələn turistlər üçün belə hallar fərqli görsənsə də, sakinlər üçün təbii ki bu adi haldır. Onlar gələn turistlərin bu yerlədə sərhədd xəttlərinə olan maraqlarını gördükdə gülümsəyərək ötüb keçirlər. Çünki onlar üçün bu xətt çoxdan sərhəd sayılmamaqdadır. Həttda bunu unudublar da.

yaaz.az Baarle qesebesi

Odur ki, bir gün sizin də Hollandiya və ya Belçikaya yolunuz düşərsə bu qəsəbəyə mütləq baş çəkin. Bu xəttlər üzərində siz də maraqlı halları müşahidə edər, öz fanaziyanıza uygun şəkillər çəkər, iki ölkənin sərhəd xətti ortasında dayanaraq gözəl bir içki içə bilər və ya sevgiliniz Hollandiyada siz Belçikada ikən əlinizi uzadıb ona toxuna bilərsiniz. Və ən əsası sərhədlərin bir xətdən ibarət olduğunu görmək və onları aşmaq üçün yalnız bir addım atmağın kifayət olduğunu hiss edə bilərsinz.