Dünya

Bilmək istəyəcəyiniz ən maraqlı 30 fakt

230views

Bizi əhatə edən dünya düşündüyümüzdən daha maraqlı və rəngarəndir. Bu dünya haqqında hər şeyi bilmək istəyi isə bizlərə uşaqlıqdan xasdır.

Yaaz.az sizinlə dünya üzrə ən maraqlı və öyrədici 30 faktı paylaşır:

1. Dünyada 62 insan yarım dünya əhalisi ilə eyni sərvətə malikdir;

2. İnsan skeleti 206 sümükdən, yeni doğulmuş körpə skeleti isə 270 sümükdən ibarətdir;

3. Bir insan həyatı ərzində 5 ekvatora bərabər məsafə keçir;

4. Qərbi Avstraliyada, əsil rəngi çəhrayı olan göl var;

5. Həftənin ən xoşbəxt vaxtı – şənbə günü 19:26 -dı;

6. Qayçı və paraşüt Leonardo da Vinci tərəfindən icad edilib;

7. Dünyanın müxtəlif güşələrində insanlar göy qurşağının rəngini müxtəlif sayda görür. Məsələn, Böyük Britaniyada 6, Çində 5, ərəb ölkələrində cəmi 4, Rusiyada isə bu say 7-yə çatır;

8. Kainatda ulduzların sayı, yer üzü çimərliklərində olan qum dənələrinin sayından daha çoxdur. Qum dənəsində olan atomların sayı isə ulduzlardan çoxdur;

9. Dənizanası (meduza) “Turritopsis nutricula” –  yer üzündə yeganə əbədi varlıqdır;

10. “KubikRubik” kubunun 43 kvintillion mümkün kombinasiyası var;

11. Pişiklər 100-ə yaxın müxtəlif səslər çıxarda bilir. İtlər isə cəmi 10;

12. Limonda çiyələkdən daha çox şəkər var;

13. İş həftəsinin ən məhsuldar günü – çərşənbə axşamıdır;

14. “Apple” şirkəti öz kompüterləri üçün zəmanəti, müştəri tərəfindən qurğu yanında siqaret çəkildiyi zaman ləğv edir;

15. Eyfel qülləsinin hündürlüyü havanın temperaturundan asılı olaraq, 12 santimetr dəyişə bilər;

16. Bir çay qaşığı torpaqda canlı orqanizmlərin sayı, planetin bütün əhalisindən daha çoxdur;

17. Siz dünyada ən azı, 19 milyon insanla doğum gününüzü bölüşürsünüz;

18. Şotlandiyanın milli heyvanı tək buynuzlu atdır (unicorn);

19. Antarktidadan başqa, yer üzünün hər qitəsində, Roma şəhəri var;

20. Turistlər hər gün Roma fəvvarəsi “Trev”-ə təxminən 3 min € atırlar;

21. Şimali Koreya ölkəsinin təqvimi 1912-ci ildə, təsisçi və əbədi prezident Kim İr Sen-in doğum günündən tərtib olunub ;

22. Hər həftənin çərşənbə günü 15:30-da qadınlar  yaşından böyük görünür;

23. Monqolustanın hərbi-dəniz donanması yeganə yedək gəmisindən ibarətdir ki, burada yeddi nəfər xidmət göstərir və yalnız biri üzməyi bacarır;

24. Kakosun südü özündə steril maddələri birləşdirir (qozanın qabığı zədələnməyibsə) hansı ki,bu məhlulun az təminatlı ölkələrdə vena daxili köçürmə məqsədli inyeksiya kimi əvəzsiz rolu var.

25. İndoneziya vulkanı “Kawah Ijen” mavi lava püskürür;

26. Balığın yaşını, onun pullarında əmələ gələn “illik halqalar”-dan bilmək olar;

27. İnsan təxminən 80 millisaniyə keçmişdə yaşayır . Bu zaman kəsiyi bizim beynimizə, informasiyanı emal etmək üçün lazımdır;

28. 1954-cü ildə Bombaydə (Hindistan) siçovullar o qədər çoxalmışdır ki, hökumət vergi əvəzinə gəmiricilərin cəsədini qəbul etməyə başlamışdı;

29. XIX əsrin əvvəllərin də Britaniya sahilyanı sularında, o qeder çox xərçəng peyda oldu ki, həbsxanalardakı məhkum və sığınacaqlardakı kimsəsizlərin əsas yemi oldu, həmdə gübrə üçün üyüdülüb istifadə olunurdu;

30. İnsan bədəninin bütün DNT (dezoksiribonuklein turşusu) sarmalını düzləşdirsək və bir sıraya qoysaq, onların ümumi uzunluğu yerdən göyə qədər olan məsafədən 8 dəfə çoxdur.