DünyaMəşhurlarSağlamlıq

Bill Gatesdən “bioterrorizm” xəbərdarlığı

Bill Gates
859views

Bill Gatesdən “bioterrorizm” xəbərdarlığı.

Bill Gates, Münhen Təhlükəsizlik Konfransında “bioterrorizmə’ diqqət çəkib. Gates, terrorçuların hazırladıqları bir mikrobla bir ildə 30 milyon insanı öldürə biləcəklərini deyib ki, “Hücum 10 – 15 il içində reallaşa bilər” deyə bildirib.

“Növbəti epidemiya, genetik mühəndislik istifadə edilərək kompüterdə istehsal edilmiş bir virus üzündən ola bilər. Bu virus çiçək xəstəliyinin sintetik bir versiyası və ya ölümcül və super yoluxucu bir növ qrip ola biləcəyini deyən Bill Gates “Belə bir terror həmləsi bir ildən az bir müddət içində 30 milyon insanın ölümünə səbəb ola bilər” ifadələrindən istifadə edib. Gates, dünyanın növbəti 10-15 il ərzində, belə bir hücumla qarşı-qarşıya qalmasının ciddi bir ehtimal olduğunu vurğulayıb.

1918-dəki qrip fəlakətinin təxminən 500 milyon nəfərə bulaşdığını və proqnozlara görə 50 ilə 100 milyon insanın ölümünə səbəb olduğunu xatırladan Bill Gates, bioterrorizm təhlükəsini, nüvə müharibə və qlobal isinmə qədər təhlükəli gördüyünü qeyd edib. Gates, ölkələrə bu kimi hücumlara qarşı hazırlanma və arsenallarını genişləndirməyi tövsiyə edərkən, fərdlərə də “Orduların müharibəyə hazırlaşdığı kimi bioterrorizm tərkibli viruslara hazırlanın” xəbərdarlığını da edib.

Gates, daha əvvəl də yanvar ayında İsveçrənin Davos şəhərciyində keçirilən Dünya İqtisadi Forumunda dünya liderlərinə müraciət etmiş, bioterrorizmin təhlükələrinə diqqət çəkmək üçün bir çıxış etmişdi.