MaraqlıMəşhurlar

Bill Gates gələcək vəd edən peşələri açıqlayıb

408views

Microsoft’un qurucusu və məşhur iş adamı Bill Gates, gələcəyin peşələrini açıqlayıb.

İş dünyasının məşhur ictimai platforması Linkedin’in rəhbəri Daniel Roth’a danışan Bill Gates, gələcəkdə karyera planları quran kəslər üçün ən əhəmiyyətli sahələrin fən elmləri, riyaziyyat və iqtisadiyyat olacağını düşündüyünü açıqlayıb.
“Mütləq kod yazmanız lazım deyil lakin mühəndislərin nələr edə bildiklərini və nə edə bilməyəcəklərini anlamanız lazımdır” deyən Gates, bu sahələrdə yetkin olan şəxslərin gələcəkdə bütün təşkilatlar üçün dəyişmənin tətikləyicisi olacağını düşündüyünü ifadə edib.

Bill Gates, keçdiyimiz günlərdə təmiz enerji çıxarmanın yeni yollarına investisiya etmək və iqlim dəyişikliyi ilə mübarizə etmək hədəfiylə yola çıxan, 1 milyard dollarlıq bir fondun başına keçəcəyini açıqlayıb. Fondu idarə edəcək vəqfin üzvləri arasında ümumi varlıqları 170 milyard dolları keçən, Amazon CEO-su Jeff Bezos, Alibaba qurucusu Jack Ma kimi məşhur investorlar da var.

Gates, Donald Trump’un ABŞ-dakı prezident seçkilərindəki qələbəsinə isə optimist yanaşmaqdadır. ABŞ-ın “yeni bir dövr ‘ə girdiyini söyləyən məşhur sərmayəçi səhiyyə, təhsil və enerji mövzusunda innovasiya sərmayələrinin iki qatına çıxmasını gözlədiyini söyləyib.