FotoqrafiyaMüsahibə

Beynəlxalq arenalarda ciddi uğurlara imza atan azərbaycanlı gənc fotoqraf – Əzimli Elmar

578views

Avropa Oyunları zamanı zövqlə izlədiyiniz və paylaşdığınız şəkillərin müəlliflərindən biri – Əzimli Elmar.

Yəqin ki, 2015’də ölkəmizdə keçirilən ilk Avropa Oyunları zamanı şəhərimizin müxtəlif yerlərdən çəkilmiş gözəl şəkillərini sizdə görmüsünüz və böyük ehtimalla ‘Baku Media Center’ loqolu şəkillərin əsas müəlliflərini belə bilmədən lövhələrinizdə paylaşmısınız. Təbii ki, bizdə.

Bu gün haqqında danışdığımız fotoqraf məhz bu şəkillərin müəlliflərindən biridir. Düşünürük ki, istedad olan yerdə onları tanımaq mütləqdir.

Əzimli Elmar – 22 yaşı var, 19 yaşından etibarən fotoqrafiya ilə məşğul olur. Qısa bir müddət olsa da böyük uğurlar əldə etdiyi göz önündədir. Bu günlərdə Elmarın şəkillərinin, 25 milyona yaxın izləyicisi olan Architecture & Design səhifəsində, “With Love from Azerbaijan” başlığı ilə paylaşıldığını görmək hər birimiz üçün sevindirici olmaya bilməz.

14732131_1116750785075728_602913209426099330_n

Müsahibimiz Elmar, hazırda Ukraynada təhsil alır və 2-ci kurs tələbəsidir.

Niyə Azərbaycan yox, Ukraynada təhsil almaq qərarı almısınız?

Azərbaycanda, Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunmaq üçün sənədlərimi vermişdim, lakin ikinci turdan keçə bilmədim. Məndə qərara aldım ki, təhsilimə Ukraynada davam edim.

İmtahandan kəsilmənizə səbəb olan nə idi sizə görə?

Bilmirəm, amma onu deyə bilərəm ki, belə daha yaxşı oldu.

Avropa Oyunları zamanı fotoqraf kimi fəaliyyət göstərmisiniz, bu şəxsi təcrübənizdə nə kimi uğur qazanmanıza şərait yaradıb?

Avropa Oyunlarında çəkdiyim şəkillər çox yayımlandı, istər sosial şəbəkələr istərsə də xarici saytlarda. Düşünürəm ki, bu mənim ən yaxşı uğurum deyil, sadəcə olaraq doğru zamanda doğru yerdə idim və işimi yaxşı bacardım.

Şəkillərinizin beynəlxalq arenalarda yayımlanması yəqin ki, qürurverici olmalıdır, bu hissləri necə ifadə edə bilərsiniz?

Bəli qürurvericidir. Necə ifadə edə biləcəyimi doğrusu bilmirəm. Bu yaxınlarda Ukraynada çox ciddi müsabiqə təşkil olunmuşdu və müsabiqədə ‘Qızıl Qran Pri’ qazandım. Akademiyada şəkillərim sərgiləndi, Ukrayna televiziyaları bununla əlaqədar mənim barəmdə yayımlar hazırladılar. Məncə bunlar çox yaxşı bir haldır və sevindiricidir.

[miptheme_spacer height=”15″]

Müəllifi həmsöhbətimiz Əzimli Elmar olan, Architecture & Design səhifəsinin paylaşdığı şəkillərlə qalereyamızda tanış ola bilərsiniz.

[miptheme_spacer height=”15″]

Şəkillərin üzərinə klik edərək, böyük ölçüdə baxa bilərsiniz.