Futbol

Beşiktaşın UEFA Avropa Liqasındakı mümkün rəqibləri məlum oldu

Beşiktaş
157views

Beşiktaşın UEFA Avropa Liqasındakı mümkün rəqibləri məlum oldu.

Rəqib meydanında 3-1 qalib gəldiyi Hapoel Beer-Sheva-nı Vodafone Arenada 2-1 ilə keçən və adını UEFA Avropa Liqasında son 16-ya həkk etdirən Beşiktaşın mümkün rəqibləri məlum oldu.

“Kopenhag, Gent, Manchester United, Krasnodar, Schalke 04, Olympiakos, Ajax, APOEL, Roma, Anderlecht, Mönchengladbach, Genk, Lyon, Rostov, Celta Vigo.”
İsveçrənin Nyon şəhərində bu gün keçiriləcək püşkatma mərasimi, yerli saatla 16.00-da başlayacaq.

Avropa Liqası son 16 turu ilk qarşılaşmaları 9 martda, revanşları isə 16 martda keçiriləcək. Dörddəbir finalların 13 və 20 aprel, yarımfinalların 4 və 11 mayda keçiriləcəyi Avropa Liqasının final matçı isə 24 mayda İsveçin paytaxtı Stokholmdakı Friends Arenada oynanılacaq.