Dünya

Bermud Şeytan Üçbucağının sirri məlum oldu – İddia

349views

Bermud Şeytan Üçbucağının sirri həll edildimi?

ABŞlı metereoloqlar, Miaminin cənubunda Bermud Şeytan Üçbucağı olaraq bilinən anormal bölgəyə aid təsbitlərini açıqlayıblar. The Independent’də yer alan xəbərdə, peyk görüntülərini analiz edən alimlərin, Atlantik Okeanındakı anormal bölgənin üzərində ‘təyyarə bombası’ təsiri yaradan altıbucaqlı buludların varlığını təsbit etdiklərini qeyd ediblər. Bu buludların, bölgə üzərində ‘partlayaraq’ aşağıya, okeana doğru düşən güclü bir hava axını meydana gətirdiyini ifadə edən alimlər, təyyarə və gəmilərin ‘rossby’ dalğaları arasındakı təsiri nəticəsində yaranan bölgədə itdiyini düşünürlər.

Ucları Florida, Bermud adaları və Puerto Rikoda olan Şeytan Üçbucağı, təyyarə və gəmilərin qeyb olmasıyla əlaqədar tanınır. Bəzi alimlər tərəfindən həqiqəti qəbul edilməyən bu anormallıq, çətin hava şərtlərindən, yadplanetlilərin müdaxiləsinə qədər fərqli faktorların səbəb olduğu iddia edilir.

bermuda-triangle-02