Dünya

Berlin şəhər metrosunda vəhşicəsinə hücum (Video)

127views

Almaniya polisi oktyabrın 26-sı paytaxt Berlin şəhərində, metroda qadına hücum edən şəxsi və yoldaşlarını axtarır.

Video görüntüdə 26 yaşındakı bir qadın metro stansiyasına enərkən görsənir. Qadın stansiyaya doğru enərkən arxasından gələn bir nəfər təpik ataraq qadını pilləkənlərdən aşağıya doğru itir.

Ağır zərbə alan qadın bir müddət özünə gələ bilmir və metrodakı insanların köməyi ilə xəstəxanaya qaldırılır.

Polis hələ də hadisəni törədən şəxsləri axtarır. Qadının isə vəziyyətinin yaxşı olduğu və xəstəxanadan təxliyə olunduğu bildirlir.