Dünya

Berlin: “Hadisə, terror hücumudur”

Almaniyada terror hadisesi 19.12.2016
237views

Berlində təşkil olunan izdihamlı Milad bazarına yük maşınının girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb.

Almaniya polisi hadisəni “mümkün terror hücumu” kimi araşdırır.

Hüquq-mühafizə orqanları sürücünü saxlayıb. Onun sığınacaq axtarmaq üçün Almaniyaya Pakistan və yaxud da Əfqanıstandan fevral ayında gəldiyi bildirilir.

Saxlanılan şəxsin xırda cinayətlərə görə polisə tanındığı qeyd olunur. Hərçənd ki, onun terrorçuluqla bağlı əlaqələri barədə məlumat olmaıb, Tagesspiegel nəşri yazır.

“Breitscheidplatz-da baş verən mümkün terror hücumu ilə bağlı bütün polis tədbirləri sürətlə davam etdirilir”, – Berlin Polisinin Twitter hesabında deyilir.

yaaz.az Almaniyada terror
Hücumu həyata keçirən sürücü Almaniyaya bu ilin fevral ayında gəlib

Bundan əvvəl Almaniya daxili işlər naziri, Thomas de Maiziere deyib ki, “bir çox əlamətlər” hücumun bilərəkdən törədildiyinə işarə edir.

Polis tvit edib ki, yük maşının sürücüsü saxlanılıb və nəqliyyatda olan, milliyətcə polşalı olduğu aşkar edilən sərnişin aldığı xəsarətlərdən ölüb.

50-yə yaxın insan xəstəxanaya yerləşdirilib və onlardan azı dördü ağır xəsarətdən əziyyət çəkir.

Hadisə yerindən çəkilmiş videoda piştaxtaların dağıldığı və insanların yaralı halda yerə sərildiyi görünür.

yaaz.az, Almaniyada terror
12 nəfər həyatını itirib 50 nəfər isə yaralıdır

Berlin polis sözçüsü Winfried Wenzel deyib ki, nəqliyyat vasitəsini sürən şəxs hadisə yerindən 2 kilometr uzaqlıqda saxlanılıb və dindirilib.

Maşının şəkildəki məlumatları onun Polşa qonşuluğunda qeydiyyatdan keçdiyini göstərir. Polis deyir ki, onun ordan oğurlandığı da ehtimal oluna bilər.

Ariel Zurawski, yük maşınının sahibi təsdiq edib ki, bazar ertəsi günortadan sonra onun sürücüsü ilə əlaqə yarada bilməyib.

“Biz bilmirik onun başına nə iş gəlib. O mənim əmimoğludur və mən onu uşaqlıqdan tanıyıram. Mən ona cavabdehəm.”

yaaz.az, Almaniyada terror
Yeni il yarmarkası üzərinə sürülən yük avtomobili Polşa qeydiyyatlıdır

Bu, terror hücumu idi?

Bundan əvvəl Alman polisi hadisə ilə bağlı bir çox məsələlərin açıq qaldığını bildirmişdi.

Daxili işlər naziri cənab de Maiziere ARD televiziyasına deyib: “Mən indi hadisəni “hücum” adlandırmaq istəməzdim, baxmayaraq ki, çoxları bu haqda belə danışır.

“Belə bir ifadənin işlədilməsinin bütün ölkəyə psixoloji təsiri var və biz daha çox ehtiyatlı olmaq və fərziyələrə deyil, real istintaq nəticələrinə əsasən hərəkət etmək istəyirik.”

Kansler Angela Merkel-in sözçüsü Steffen Seibert tvit edib: “Biz ölənlərə baş sağlığı verir və yaralıların çoxunun yardım alacağına ümid edirik.”

Almaniya prezidenti Joachim Gauck yaydığı bəyanatında deyib ki, bu bazar ertəsi “bütün Berlin və bizim ölkəmiz üçün ən dəhşətlisi oldu”.

yaaz.az, Almaniyada terror
Hadisəsnin terror olacağı fikri getdikcə böyüməyə başlayır