Futbol

Barcelonaya Messi şoku

709views

Atletico Madrid ilə oynanılan oyunda zədələnən Argentinalı ulduz yaşıl meydanlardan ən az 3 həftə uzaq qalacaq.

LaLiqada Atletico Madrid ilə 1-1 bərabərə qaldıqları oyunda zədələnən Messinin ən azı 3 həftə oynamıyacağı bildirilib. Barcelona klubundan verilən açıqlamaya görə əzələ yırtılması diaqnozu qoyulan Messinin zədəsi 1 aya qədər də çəkə bilər. 1-1 qurtaran oyunda isə İvan Rakiticin qoluna Angel Correa cavab verib.

5 turdan sonra 10 xal toplayan Barcelona 3-cü, 9 xalı olan Atletico isə 4-cü pillədə qərarlaşır.

Elnur Cəfərov
idman xəbərləri yazarı