Futbol

Barcelonanın yeni sponsoru Rakuten kimdir, nəçidir?

901views

Barcelona, Yaponiyanın online alış-veriş şirkəti Rakuten ilə 220 milyon avro dəyərində sponsorluq müqaviləsi imzalayıb.

Qatar Airways ilə sponsorluq müqaviləsi mövsüm sonu sona çatacaq olan Barcelona, sürpriz bir müqaviləyə imza atıb.

Dünyanın ən böyük klublarından biri olan Barcelonanın yeni sponsoru Yaponiyanın ən böyük online alış-veriş saytı Rakuten olacaq.

yaaz.az photo Barcelona and Rakuten

Barça, bu müqavilədən ildə 55 milyon avro qazanacaq. Toplam razılaşma 220 milyon avroya bərabərdir.

2017-18 mövsümündən etibarən tətbiq olunacaq razılaşmanın müddəti 4 il olacaq.

yaaz.az photo Barcelona and Rakuten

Bu əməkdaşlıq dünyanın ən böyük ikinci forma sponsorluğu əməkdaşlığı kimi qeyd olunacaq.

yaaz.az photo Barcelona and Rakuten

Müqavilənin memarlarının isə Barçanın müdafiə oyunçusu Gerard Pique və həyat yoldaşı müğənni Shakira olduğu bildirilib. Sponsorun idarə rəhbəri ilə yaxın dost olan Pique və Shakira, müqavilənin baş tutmasında əsas rol oynayan şəxslər olublar.

yaaz.az photo Barcelona and Rakuten

Barcelonanın prezidenti  Bartomeu; “Pique və Shakira 2015-ci ilin yay aylarında sponsor firmanın rəhbəri ilə bizi yeməkdə görüşdürdü. Həmin vaxt ağlımızda belə bir fikir yox idi. Yeməkdə danışarkən isə belə bir təklif ortaya çıxdı və müqavilə ilə nəticələndi” deyə ifadəsində bildirdi.

yaaz.az photo Barcelona and Rakuten

Rakuten, 1997-ci ilin Fevral ayında Hiroshi Mikitani tərəfindən yaradılıb. Sürətlə böyüyən şirkət 2012-ci ildə 4,6 milyard dollarlıq bir gəlir əldə edib.

yaaz.az photo Barcelona and Rakuten

Şirkətin Yaponiyadan başqa Fransa, İspaniya, Kanada, Hollandiya kimi böyük Avropa ölkələrində də sərmayələri var və hal hazırda 10 mindən çox işçiyə sahibdir.