Futbol

Barcelona’dan tarixi qələbə

858views

Çempionlar Liqasında Bayern Münhen və Real Madridin ardınca Barcelona və Borussia Dortmund 1/4 finalına yüksəlib.

Barcelona, Çempionlar Liqası tarixində 4 top fərqlə geridən gələrək tur adlayan ilk komanda kimi tarixə düşdü.

UEFA Çempionlar Liqası son 16 turu revanş matçlarının ardından Barcelona və Borussia Dortmund 1/4 finala çıxdı.

Türk əsilli Alman hakim Deniz Aytekinin idarə etdiyi mübarizədə İspaniyanın Barcelonası, Fransa Paris Saint-Germaini (PSG)-ni Camp Nouda qarşıladı.

Katalon təmsilçisi, ilk oyunda 4-0 məğlub olduğu PSG-ni 6-1 məğlub edərək böyük bir uğura imza atdı və adını 1/4 finala yazdı. Bu nəticəylə Barcelona, Çempionlar Liqası tarixində 4 fərqlə geridən gələrək tur adlayan ilk komanda kimi tarixə keçdi.

Barcelona 6 – 1 PSG

Tekniki direktor Luis Enrike-nin qələbə qoluna sevinci:

 

Oyun sonrası mətbuat konfransında iştirak edən Luis Enrique, turu Barcelona tərəfdarlarına həsr etdiklərini ifadə etdi, belə danışdı:

https://twitter.com/BarcaSpiral/status/839154615073533952
“Futbol inanılmaz bir idmandır. 41-ci dəqiqədə 3-1 ilə turun xaricində, matç sonunda 6-1 ilə dörddə bir finaldasınız. Sergio Roberto gənc komandada ikən hamı qol qaçırırdı. Göyqurşağına belə qol ata bilmirsən deyə ona həmişə zarafat edirdim. Bu günü nə uşaqlar, nə də böyüklər unudacaq. Bu axşam bayramdır amma sabah səhər yataqdan qalxanda dərhal Deportivo oyununa konsentrasiya olmalıyıq”.

https://www.youtube.com/watch?v=Q4O7K0BWc3o
Gecənin digər qarşılaşmasında Almaniyanın Borussia Dortmundu, ilk oyunda debütünü 1-0 məğlub olduğu Portuqaliya təmsilçisi Benficayı Signal Iduna Parkda qonaq edib. Borussia Dortmund, qarşılaşmanı 4-0 qazandı və adını 1/4 finala yazdırdı.