Futbol

Barcelonada Iniesta dövrü bitəcəkmi?

Andres Iniesta 2020
347views

İvan Rakitic ilə olan müqaviləni 2021-ci ilə qədər uzadan Barcelonada mövsüm bitmədən yeni müqavilə üçün üç hədəf daha var.

Luis Enrique’nin mövsüm sonu ayrılacağını açıqlamasının ardından, Barcelona artıq transfer və yeni müqavilələr ilə bağlı hazırlıqlara başlayıb.

Keçən həftə Rakitic ilə olan müqaviləni uzadan Kataloniya klubunda mövsüm bitmədən üç futbolçunun da müqavilələrinin uzadılması planlaşdırılır. Mundo Deportivo’nun xəbərinə görə; Lionel Messi, Andres Iniesta və Marc-Andre Stegen’ə artıq yeni müqavilə üçün təklif təqdim olunub.

May ayında 33 yaşı tamam olacaq Iniestanın 2018-ci ilin yayında bitəcək olan müqaviləsinin ardından klubdan ayrıla biləcəyi və ya futbolu tərk edəcəyi fikirləri səslənməkdə idi. Ancaq klubun əfsanəvi oyunçularından biri olaraq göstərilən Iniestanın yeni təklif alması futbolçunun hələ bir müddət Camp Nouda oynayacağından xəbər verir.

İspaniya mətbuatına görə Barcelona rəhbərliyi Iniesta ilə olan müqaviləni 2020-ci ilə qədər uzatmaq fikrindədir.

Qeyd edək ki, Iniesta oktyabr ayında mətbuata verdiyi açıqlamasında, futbol karyerasını Camp Nouda sonlandırmaq istədiyini və komandaya yararının olmadığını hiss etdiyi vaxt klubdan ayrılacağını bildirmişdi

Bu mövsüm Barcelona klubu ilə 26 matça çıxan Iniesta, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.