Futbol

Barcelona klubu açılışı Realın futbolçusu ilə etdi

269views

ABŞ-da ticarət əlaqələrini genişləndirmək və daha çox mənfəət götürmək üçün Barcelona New-Yorkda ofis açıb. Açılış mərasimində  Josep Maria Bartomeu ilə birlikdə  Braziliyalı əfsanə  Ronaldinho və İspaniya Millisinin keçmiş futbolçusu , Real Madridin forvardı , İspaniya La Ligasının bu ölkədə elçisi  Raul Gonzalez də iştirak edib.

Açıqlamada, alınan bu strateji qərarın kluba yeni gəlir qaynaqları qazandırmaq üçün  önəmli olduğu və 2016-2021-ci illərdə 1 milyard avroluq bir gəlirin hədəf edildiyi qeyd olunub.

Bundan başqa Barcelona klubu Floridada yerləşən bir futbol məktəbindən Şarlot şəhərində də açmağı da planlaşdırır.

Elnur Cəfərov
idman xəbərləri yazarı