Kino

Barack Obama-nın həyatı haqda çəkilən filmin ilk “teaser”i çıxdı

266views

Bu ilin əvvəlində Barack və Michelle Obamanın tanışlığı haqda çəkilən “Southside səninlədir” adlı filmin premyerası baş tutmuşdu.

Bu dəfə isə ABŞ prezidentinin gəncliyi, hələ həyat yoldaşı ilə tanış olmadan öncə, tələbəliyi haqda filmin nümayişi gözlənilir. Neftlix Obamanın Kolumbiya universitetində təhsil aldığı illəri canlandırır. İzləyici bəynəlxalq münasibətlər üzrə mütəxəssisdən ABŞ prezidentinə çevrilən Obamanı görəcək.

Vikram Gandhi-nin çəkdiyi filmdə Obama rolunu Devon Terrell canlandırır.

“Barry” adlanan filmin premyerası bu ilin sonu, 16 dekabrda baş tutacaq.