Təbiət

Balıqlar haqqında maraqlı məlumatlar

5.13Kviews
  1. Kütləsi 15 qr–dan 1400 kq-dək, uzunluğu 1 sm-dən 25 m-dək olan balıqlar vardır. Köpəkbalığının uzunluğu 20 m, kütləsi 20 tona çatır. Ən kiçik balıq isə Sakit Okeanda yaşayan mistixsis adlı balıqdır. Onun uzunluğu 12–14 mm-dən çox olmur.
  2. Balıqlar saatda 2 km-dən 130 km-ə kimi (qılıncbalıq) üzə bilir.
  3. Bəzi balıqlar (qızıl balıq, çay ilanbalığı və s.) həyatında bir dəfə nəsil verir, kürü tökdükdən sonra ölür. Bəzi balıqlar isə (sultan balığı, korifen adlı balıq) ölümqabağı rəngini dəyişir.
  4. Ən böyük nərə balığı Volqa çayından tutulmuşdur, bu balığın uzunluğu 7,8 m, ağırlığı isə 1440 kq olmuşdur.
  5. Bəzi balıqların xüsusi həyat mərhələsi vardır. Belə balıqlar çoxalma üçün uzaq məsafələr gedir və bəziləri kürü qoyduqdan sonra ölür. Avropanın və Şimalı Afrikanın müxtəlif su hövzələrində yaşayan çay ilanbalığı (ankvillər) kürü tökmək üçün dənizdən çaylara keçənə qədər 8 min km yol gedir. Kürüdəm çıxmış balıqlar çay axarı dənizə, oradan Atlantik okeanının qərb sahillərinə gedir. Atlant siyənəyi, treska və bəzi başqa balıqlar da belədir. Uzaq Şərq qızıl balığı Aleut silsiləsində yetişir, kürü qoymaq üçün Amur çaylarının yuxarı hissələrinə keçir.
  6. Qvineya və Braziliyanın çay və dəniz sahillərində dördgözlü balıq yaşayır. Bu balığın əslində iki gözü vardır. Lakin hər göz iki yerə ayrıldığından adama elə gəlir ki, bu balıqlar dördgözlüdür. Görmə aparatının bu xüsusiyyəti balığa imkan verir ki, hətta dənizin üstündə uçan quşları belə ovlaya bilsin, həmin balıqlar suyun dərin qatlarını da yaxşı görür.
  7. Qərbi Avropanın çaylarında, göllərində və müxtəlif su mənbələrində qəribə balıqlar yaşayır. Sudan çıxan balıq havaya atılıb quş kimi uçur, yanlarda olan süzgəclər qanadı əvəz edir. Həmin balıq suyun üstündə üzür, havada həşərat görən kimi yuxarı sıçrayıb uçur və onu tutub yeyir.Alimlər belə güman edirlər ki, bəzən də bu balıq suda ona hücum edən yırtıcıdan özunu qorumaq üçün havaya atılır. Uçan balıqlar 200-400, bəzən isə 800 m uzununa və 6–8 m yüksəkliyə tullanır. Bu balıqlar qüvvətli quyruqlarını suya bərk vurmaqla uça bilirlər.
  8. Qılınc balığın uzunluğu 3 m-ə, bəzən 5,28 m-ə, çəkisi 600 kq-a çatır. Atlantik okeanında yaşayır. Balığın üst çənəsi 600 kq –a çatır. Atlantik okeanında yaşayır. Balığın üst çənəsi uzanaraq qılınc şəklində çıxıntıya çevrilmişdir. Tarixdə qilinc balığın balinaya, qayıqlara və gəmilərə hücümu az qeyd olunmamışdır. O, 1,5 m uzunluğu olan qılıncı ilə 8 sm qalınlığında gəmilərin taxta və dəmir gövdəsini dələrək zədələyə bilir. Bu qəribə balıq bəzən müasir gəmilərə də hücuma keçir, onların möhkəm zehnini zədələməyə çalışır. İngilis tankeri “Barbara” Atlantik okeanını keçdiyi zaman qılınc balıq onun möhkəm gövdəsini dəlmişdir. Çox vaxt belə hücumlardan sonra qılınc balıq özü də tələf olur.
  9. Mişardiş balığın uzunluğu 30 m-ə çatır. Suya girmiş və özündən dəfələrlə böyük (pələng, qaramal, davar və s. ) heyvanlara hücum edir, bir anda heyvanın dərisini və ətini yeyir.
  10. Bəzi növləri çayda çimən adamları həmin dəqiqə öldürür.
  11. Kirpi balığı Hind okeanında və Araliq dənizində yaşayır. Bədəni xaricdən tikanla örtülüdür. Sakit vəziyyətdə tikanlar bədənə yapışmış olur. Təhlükə olduqda isə tikanlar qabarır. Üzə bilmir, külək vasitəsilə bir yerdən başqa yerə keçir.
  12. Püskürən balığın uzunluğu 20 sm-dək olur. Hind okeanının və Sakit okeanının tropık hissəsində yaşayır. O öz ovunu ağzına doldurduğu su ilə vurub öldürür və yeyir. Buna görə də bu balığı “atıcı balıq ” da adlandırırlar.
  13. Bələdçi balıq tropik və subtropik sularda yayılmışdır, yırtıcıdır, uzunluğu 70 sm-ə qədərdir. Onların qəribə həyat tərzi vardır. Belə ki, bu balıqlar köpək balıqlarının yanında olur və onlar öz hərəkəti ilə gah köpək balığına, gah başqa balıqlara tərəf hərəkət edərək ovun olduğu yeri xəbər verir. Köpək balıqları, habelə başqa balıqlar onlara toxuna bilmir.
  14. Hamıya məlumdur ki, balıqlar kürü qoymaqla çoxalır. Lakin bala doğan balıqlar da vardır. Belə balıqlara çəkic balıq, buynuzlu skat, qambuziya, mişar balığı, belyuqa, dördgözlü balıq, yarpaq balıq, dəniz ayğırı, köpək balığının bəzi növləri aiddir.
  15. Bəzi balıqlar zəhərlidir. Belə balıqlar cərrah balıq, ziyilli balıq, qızıl makrel, muren, sandıq, katran, buynuzbel, əjdaha balıq, əqrəb və dəniz pişiyi balıqları aıddir.
  16. Amazonka çayının sularında yaşayan elektrik ankvil balığının bədənində 650 volt gərginlik vardır. Bəzi balıqlar, məsələn, skat balıqları, naqqa, siyənək balığı və başqa balıqlar elektrik cərəyanından silah kimi istifadə edir. Onların batareyaları çox iri balıqları key edən və hətta öldürən elektrik cərəyanı buraxır.
  17. Maraqlıdır ki, köpəkbalığının sümüyü yoxdur. Onun bədənində sümükləri qığırdağlar əvəz edir. Elə buna görədir ki, sahilə çıxarılmış köpək balığı tanınmaz dərəcədə öz şəklini dəyişmiş olur.
  18. Durna balığı uzun ömrə malik olan balıq növüdür. Tarixdə 267 yaşı olan belə balığın ovlandığı qeyd olunmuşdur. Ağ balıq, durna balığı, karp 300 il yaşayır.
  19. Dünyanın ən şirin su balığı Filippin adalarında yaşayır. Pandaka piqmeya adlı həmin balığın boyu 11 mm-dən artıq olmur.
  20. Alyaska və Çukotkanın dibinə qədər donan su hövzələrində qəribə balıqlar yaşayır. Onlar qışda su ilə birlikdə donub buzun arasında qalır, yayda isə donu açılır. Belə balıqlara dabanbalığı, xanı balığı aiddir.
  21. Çox kürü buraxan balıq merina balığıdır. O, ildə 9 milyon kürü buraxır.
  22. Ən böyük dəniz balığı Bir balinanın uzunluğu təxminən 15 m.dır. Balina köpəkbalığının uzunluğu isə 12 m.dır.
  23. Ən kiçik balıq Filipin adalarında yaşayan bir qaya balığı 1 sm boyundadır.
  24. Ən çox yaşayan balıq Qaradənizdə yaşayan Mersinmorinaların 120 il qədər yaşadığı görülmüşdür. Bu balıqların ağırlıqları bir tondan çoxdur.
  25. Ən az yaşayan balıq Afrika və Cənub Amerika çaylarında ən çox bir il yaşayan 26 cins balıq vardır. Yağışlı mövsüm sonunda çaylar quruduğu zaman ölərlər. Ölmədən əvvəl, quraqlığa dayanıqlı yumurtalarını yumurtlayarlar. Yağışlı mövsüm başladığı zaman yumurtalardan balalar çıxar. Bu balıqlar bir ildən daha az yaşayarlar.
  26. Ən sürətli balıq Yelkən balığının saatda 68 mil (109 km) sürətlə üzdüyü bilinməkdədir.
  27. Ən zəhərli balıq Hind Okeanında və Böyük Okeanda yaşayan taşbalıkları ən zəhərli balıqlardır. Son dərəcə acılıq verən zəhərləri altı saat içində ölümə səbəb olar. Lakin bütün soxmalar öldürücü deyil.
  28. Ən çox gərginliyi olan balıq Elektrikli ilanbalığında 550 voltluq elektrik vardır.
  29. Ən yüksəyə sıçrayan balıq Bir Tarponun 5 m yüksəyə sıçradığı və 9 m yay etdiyi bilinməkdədir.
  30. Ən bəzəkli balıq Ən bəzəkli balıq hind toyuğu balığıdır.
  31. Ən çirkin balıq Ən çirkin balığın Taşbalığı olduğu deyilər.
  32. Ən böyük balıq sürüsü Siyənək balığı sürüsündə 300 milyon balıq tapılar.
  33. Ən uzun adlı balıq adı? Çütrə balığı Havayda humuhumunukunuku-apuaa adıyla tanınar.
  34. Balıq yağışı nədir? Qasırğa və xortumlarla dənizdən daşınan balıqlar, səmadan yağış kimi yağarlar. Bu vəziyyətə, balıq yağışı deyilir. 1806-da Almaniyanın Əssən şəhərində böyük bir dolu dənəsi tapıldı. Dolunun içində 4 sm uzunluğunda bir Sazan vardı. 2.7 kq. ağırlığında bir başqa balıq göydən, Hindistandakı Jelapura düşdü.
  35. Kılıçbalığını tanıyırsınızmı? Bir kılıçbalığı qılıncının; mis zirehi 10 sm lövhəni, 30 sm ağ palıd taxta-şalbanını, 65 sm sərt palıdı deşib keçdiyi bilinməkdədir.
  36. Qarmaqla tutulan ən böyük balıq 1959-da Cənub Avstraliya açıqlarında 1.208 kq. ağırlığında bir böyük ağ köpəkbalığı tutuldu.
  37. Köpəkbalıqlarında neçə dənə qəlsəmə tapılar? Hər nə qədər köpəkbalıqlarında beş dənə qəlsəmə yarığı varsa da bəzilərində altı qəlsəmə yarığı tapılar. Yeddi qəlsəmə yarıqlı köpəkbalıqları da vardır.
  38. Qəlsəmə nədir? Balıqların tənəffüs orqanıdır. Qəlsəmələrdəki incə dəri təbəqəsinin altında qan damarları tapılar. Qan ətrafındakı sudan oksigen götürər, artıq olan karbon 4 oksidi çölə verər.
  39. Balıqlar suda necə hərəkət edir? Sandıkbalığı və Dənizatlarının xaricində bütün balıqlar bədənlərini və quyruqlarını yelləyərək üzərlər. Balığın bu hərəkəti, ilanın qurudakı hərəkətinə bənzər. Onun üçün buna ilanvari hərəkət deyilir. İlan, yerdə hərəkət edərkən bədəninin fərqli qisimlərini yeyər üzərindəki kiçik çıxıntıları basdıraraq bədənini önə itələyər. Balıqlar da bədənini qıvırarkən suyu basdırar və beləcə özünü önə aparar.