Gündəm

Bakının mərkəzində silahlı müqavimət göstərən şəxs məhv edilib

Bakida silahli insident 2017
181views

Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində dini ekstremist məhv edilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Xüsusi əməliyyat zamanı Ocaqov Ceyhun İslam oğlu silahlı müqavimət göstərib və məhv edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, əməliyyat Bakının Yasamal rayonu, Şərifzadə küçəsində, “Kaktus” restoranının yaxınlığında aparılıb.

Dəfələrlə təslim olması təklif edilsə də, C.Ocaqov silahlı müqavimət göstərərək “Makarov” markalı tapançadan atəş açıb. Cavab atəşi zamanı ekstremist məhv edilib.