Gündəm

‘BakıKart’larda yükləmə probleminə qarşı yeni seçim işə salındı

225views

“Komtec” şirkəti (“MilliÖN” ödəmə terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz)”MilliÖN” kartomatlarında yeni seçimi işə salıb.

Şirkətdən verilən məlumata görə, bu seçim “BakıKart” gediş kartının balansının yüklənməsi əməliyyatını daha da asanlaşdırmağa imkan verəcək.

Qeyd olunub ki, bu, kart sahiblərinin diqqətsizliyi üzündən düzgün həyata keçirilməyən əməliyyatların qarşısının alınması üçün nəzərdə tutulub.

Şirkətdən bildirilib ki, bundan əvvəl istifadəçilər kartı yükləyərkən “Sonra” düyməsini basmadıqları üçün məbləğ balansa keçmirdi. Əvəzində həmin məbləğ kartomata qoyulan növbəti kartın balansına keçə bilərdi. Yeni seçim vasitəsilə bunun qarşısı alınacaq.