Cihazlar

Azərbaycanda valyuta mübadiləsi üçün ödəniş terminalları quraşdırılır

229views

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi poçt şöbələrində “e-GovPay” ödəniş terminallarının quraşdırılmasına başlayır.

Yeni terminalların əsas üstünlüyü onların valyuta mübadiləsi, eləcə də pulun artığını qaytarma funksiyasına malik olmasıdır.

Mərkəzin xəbərinə əsasən, belə terminallar bazarlara gələn ay daxil olacaq. Birinci mərhələdə qurğular poçt şəbəkələrində, perspektivdə isə ictimai yerlərdə də quraşdırılacaq. Hazırda ilk terminal “Azərpoçt” MMC-nin Baş İdarəsində yerləşdirilib.

Terminallar vasitəsilə kommunal, rabitə xidmətləri və internetə görə ödənişləri həyata keçirmək mümkün olacaq.