Formula 1

Bakıda keçiriləcək Formula 1 üçün 40-dan çox ölkədən bilet alınıb

279views

Formula 1 ilə bağlı son durum.

“Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün bilet satışları normal qaydada davam edir. Artıq 40-dan çox ölkədən yarışlara biletlər alınıb”.

Bu barədə Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. Nigar Arpadarai bildirib ki, hər şey plana uyğun olaraq gedir:

“Tikinti işləri bu aydan başlayacaq. Təbliğat işləri davam edir. Bilet satışı ilə bağlı ilk kampaniya 31 yanvarda sona yetdi. Nəticələrdən razıyıq, gözləntilərimiz özünü doğrultdu. Dünyanın 40-dan çox ölkəsindən biletlər alınıb. Ən çox Rusiyadan, Böyük Britaniyadan, Avropa və ərəb ölkələrindən biletlər alınıb”.

O əlavə edib ki, bu dəfə də yarışlarla bağlı konsertlərə dünya ulduzlarının dəvət olunması gözlənilir: “Üç konsert proqramının təşkil olunması nəzərdə tutulur. Konsert proqramlarında dünya ulduzlarının da iştirak etməsi gözlənilir. Hazırda bununla bağlı danışıqlar gedir, razılıq əldə olunduqdan sonra onların adları ictimaiyyətə açıqlanacaq”.