İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış tarixi məlum oldu

178views

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2017-ci ilin birinci rübündə istismara veriləcək.

Dəmir yolunun açılış xəbərini, Türkiyənin Baş naziri Binəli Yıldırım gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşdə deyib.

B.Yıldırımın sözlərinə görə, BTQ layihəsi başa çatma mərhələsindədir.

G.Kvirikaşvili isə bildirib ki, Tbilisi BTQ-nin tikintisini tezliklə yekunlaşdırmaq üçün bütün zəruri işləri görür.

Gürcüstanın Baş naziri bu layihəni Türkiyə, Gürcüstan və Azərbaycanın əməkdaşlığında mühüm bənd adlandırıb.