Mətbəx

Badambura hazırlanması

2.4Kviews

Badambura, Azәrbaycanın milli şirniyyat növlәrindәn biridir.

Әrzaqlar:
Xәmir üçün:
900 q un
2­3 yumurta
200 q Prostokvaşino kәrә yağı
2 x.q Prostokvaşino xaması
1 ç.q quru maya
Aparanadәk süd

İçlik üçün:
500 q badam lәpәsi
500 q şәkәr tozu
1/4 ç.q hil

Yağlamaq üçün:
400­-450 q kәrә yağı

Badambura

Hazırlanması:
Xәmiri hazırlayaq.

Südü qaba töküb ilıq qızdırırıq.
Yağı әridirik.
Mayanı ilıq süddә qarışdırırıq 5-­10 dәqiqә qalır köpüklәnir.
Unun ortasına yumurtanı, mayanı, südü, yağı vә xamanı әlavә edib qarışdırırıq.

Yumşaq xәmir yoğururuq.
Xәmirin üstünә sellofan çәkib, dәsmal qoyub, adyala bükürük, 1­2 saat acımağa qoyuruq.

İçlik hazırlayırıq.

Badam lәpәsinin qabığını tәmizlәyirik.
Tәmizlәdikdәn sonra quruması üçün tavada az qovurub, soyuduqdan sonra sürtgәcli maşından keçiririk. Çәkilmiş badamı şәkәr tozu vә hil ilә qarışdırırıq. İçliyimiz hazırdır.
Xәmirdәn 10 әdәd kündә düzәldirik.
Kündәnin birini götürüb az un sәpib oxlov ilә nazik yuxa yayırıq.

Yuxanı әlimiz ilә az dartıb böyüdürük vә yağlayırıq. Bu qayda ilә 5­-5 yuxaları yayıb yağlayırıq.
Yağlanmış vә üst­ üstә yığılmış bu yuxaları bükürük.
Bükdüyümüz yuxaları 3 sm enindә kәsirik.
Kәsilmiş bir lenti götürüb әlimizlә içini oval formada açırıq. İçinә 2 çay qaşığı içliktәn qoyub bükürük.
Bükülәn tәrәfi aşağıda olmaqla qaba kağız sәrib yığırıq.

Eyni qayda ilә hamısını hazırlayırıq.
Bütün badamburaları hazırlayıb qurtardıqdan sonra bişirmәyә başlayırıq. Qurumasın deyә üstünә sellofon çәkirik.
170­-180 dәrәcә qızdırılmış sobada 20-­25 dәqiqәyә bişiririk. Bişirәrkәn badamburaların üzü qızarmamalıdır ağ qalmalıdır.
Bişmiş badamburaları düz qaba yan­yana yığırıq tamam soyuduqdan sonra isә qazana yığıb ağzını örtürük.

Badambura