Oxu zalı

Baba Pünhan şeirləri və yaradıcılığı

Baba Pünhan
11.2Kviews

Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb.

1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.
1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar “Tək səbr”, “525-ci qəzet”, “İmpuls”, “Oxu məni”, “Yeddi gün”, “Azadlıq”, “Şəhriyar”, “Bakı Xəbər”, “Etimad”, “Qətiyyət”, “Politika”, “Olaylar”, “Bakının səsi”, “Dünya”, “Yeni Müsavat”, “Qoroskop”, “Dəryaz”, “Arı”, “Ekspress”, “Vəhdət”, “Nəbz” və “Ədalət” qəzetlərində çap olunub.

Baba Pünhan, 2004 aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.

Baba Pünhan şeirləri:

[vc_row][vc_column width=”1/2″]Körpəmiz olsun, olmasın?

Məsləhət eylərəm sana, körpəmiz olsun, olmasın?
Körpə yüz əlli şirvana, körpəmiz olsun, olmasın?

Xeyli götür-qoy etmişik, borca girib toy etmişik,
Hər ikimiz də həmxana, körpəmiz olsun, olmasın?

Borcu sələmnən almışıq, dərdnən-ələmnən almışıq,
Borcu verən də bir “dana”, körpəmiz olsun, olmasın?

Baxmır həkimlər imkana, xətt çəkilibdi vicdana,
Ya öl, ya pul ver, ol ana, körpəmiz olsun, olmasın?

Yaşı çatanda yeddiyə, gün bükülür göy əsgiyə,
Dönür tədrisi “şirvana”, körpəmiz olsun, olmasın?

Körpə soruşsa bir zaman, ay ata, yurdum hardadır,
Mən nə cavab verim ona, körpəmiz olsun, olmasın?

Vermə əzabı Pünhana, qıyma o yazıq insana,
Ver bu sualı Sübhana, körpəmiz olsun, olmasın?[/vc_column]

[vc_column width=”1/2″]Pulun göstərir

Get-gedə dövran özü insanların,
Dəymişi halında kalın göstərir.

Heç nə yox, ancaq şəhərin qızları,
Azərbaycanın halın göstərir.

Xalqının artisti olandan sora,
Xalqına şalvarda dalın göstərir.

Kəndi təzəknən qızınan ölkəmiz,
Neft kimi dünyaya malın göstərir.

And içərəm, hakim öz övladına,
Rüşvətin ən yaxşı yolun göstərir.

Nəmli betondan tutulub dizləri,
Dost ona parketli polun göstərir.

Hündür ev inşa eləyən hər adam,
Böylə hədis var ki, pulun göstərir.

Öz ərinin razılığıynan demə,
Əndamın hər yerdə yalın göstərir.

Səbr elə, Pünhan, yetişir haqq günü,
İblis oyunda finalın göstərir.[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Bakının dərdi var

Yorğundur, yatmayır haçandan Bakı,
Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var Bakı xəstədir.

Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.

Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Sən ey “Qız qalası” qalasan hələ,
Səni həmişə qız qalasan hələ,
Dərdini Pünhana qala sən hələ,
Ta ki, göz yollarda qulaq səsdədir,
Bakının dərdi var Bakı xəstədir.[/vc_column]

[vc_column width=”1/2″]Gəlsə qiyamət, ay ata

Nə yaman eyləmisən rüşvətə adət, ay ata,
Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.

Sənə mənsəb verilibsə, o deməkdirmi məgər,
Tikəsən nəslinə hər yerdə imarət, ay ata.

Əməlinlə məni rüsvayi-cahan eyləmisən,
Çəkirəm dostlar arasında xəcalət, ay ata.

Sənin ekrandakı yaltaqlığın üzmüş anamı,
Ona rişxənd eləyir külli-cəmaət, ay ata.

Bilirəm, sən də alırsan yığasan verdiyini,
Verməsən ustuluva yoxdu zəmanət ay ata.

Salmısan zindana yüzlərlə günahsızları sən,
Onların qarğışı qoymaz bizi rahət, ay ata.

Gəmiçi öz gəmisində sənə yer verdi fəqət,
Gəmisin istədin ondan bu xəyanət, ay ata.

Hara getsən son ümidün yenə Allah olacaq,
Tövbə qıl, gəl namaza eylə ibadət, ay ata.

Xəlqdən pünhan olan sərvəti qaytar xalqa,
Macalın olmayacaq gəlsə qiyamət, ay ata.[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Bu adam, bizim adamdır

Gözü ac, xəyalı xamdır, bu adam, bizim adamdır,
Yediyi tamam haramdır, bu adam bizim adamdır.

Yemək ilə doymaq olmur, dedi ki, vətən malından,
Yalayım doyum məqamdır, bu adam bizim adamdır.

Neçə ildi parlamanda, gözünü döyüb oturmuş,
Pulu çox, özü avamdır, bu adam bizim adamdır.

Desə ki, müsəlmanam mən, həzər et uzaq gəz ondan,
Desə erməni qudamdır, bu adam bizim adamdır.

Alınıb əgərçi görsən, nəyi var tamam əlindən,
Yeri daş qəfəsdi damdır, bu adam bizim adamdır.

O gələn qonaq-qaradan, mən ölüm nigaran olma,
Adı nola ki, Aramdır, bu adam bizim adamdır.

Yezidə desə babamdır, ona lənət eylə, Pünhan,
Desə ki, babam İmamdır, bu adam bizim adamdır.[/vc_column]

[vc_column width=”1/2″]O bilər – mən bilərəm

Bivəfadırsa əgər yar, o bilər – mən bilərəm,
Ya vəfa əhlidi dildar, o bilər – mən bilərəm.

Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir,
Qeyri dindardı ya dindar, o bilər – mən bilərəm.

Məni cadulər ilən salma gözündən o gülün,
Çalma kandarıma mismar, o bilər – mən bilərəm.

Dedim ol yarə hicabı sənə vacib bilib həqq,
Dedi ki, eyləmə israr o bilər – mən bilərəm.

Dəstəmazım gözümün yaşı namazımdı muğam,
Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.

Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə,
Gahi ordan yerə çırpar, o bilər – mən bilərəm.

Can alanım ikidir, göydə fələk, yerdə mələk,
Desələr hansıdı qəddar, o bilər – mən bilərəm.

Pünhanın eyblərin yarə gedib kim saydı,
Kimə nə, eybi əgər var, o bilər – mən bilərəm[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Qarabağ getsə əgər

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,
Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,
Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,
Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu işə,
Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən, Pünhan,
Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.

[/vc_column]

[vc_column width=”1/2″]Ağlamağım var, gözəlim

Nə işim var, na evim var, nə bağım var gözəlim,
Nə pulum var, nə ətim var, nə yağım var gözəlim,

Demə ki, yoxdu bağım mən tərəvəzdən kasıbam,
Kabinetlərdə kudum, balqabağım var gözəlim.

Neynirəm mən maşını gərçi məni dərd aparır,
Əlli dörd at gücünə tən ayağım var gözəlim.

Mənə tən eyləmə ki, evdə çırağım yoxdur,
Vacib oldur ki, dənizdə “Çırağ”ım var gözəlim.

Nə olar ki, Bakıya erməni təşrif buyurub,
Erməniynən axı burda calağım var gözəlim.

Məni toy məclisinə bir hacı dəvət elədi,
Dedi “şollar” şüşəsində arağım var gözəlim.

Bədgüman olma ki, dəryaya gedərsəm quruyar,
Çünki dərya qədəri ağlamağım var gözəlim.

Yedilər, qoymadılar ortada bir şey qalsın,
İncimə söyləsəm ancaq qırağım var gözəlim.

Saçım ağ, saqqalım ağ, neynirəm ölsəm kəfəni,
Bəxti-Pünhanə sevin, pulsuz ağım var gözəlim.[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Bir parça torpaq qalmadı

Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,
Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.

Cırmağıynan, əl atıb haqqın üzün cırmaqladı,
Dırnağıynan təxti tutdu, sındı dırnaq qalmadı.

Kim ki, zənn etdi yaratmış guya alçaq dağları,
Tanrı yeksan eylədi yernən, bir alçaq qalmadı.

Öylə ki, İblis ayağı dəydi Badu Kubəmə,
Əsdi rüzgar, soldu bağlar, kolda yarpaq qalmadı.

Haqq asıldı, haqq tutuldu, haqq çəkildi çarmıxa,
Bir özündən başqa heç kəs haqqa ortaq qalmadı.

Özlərin çılpaq edənlər haqqa don geydirdilər,
Çılpaq həqdən don geyənlər leyk çılpaq qalmadı.

Zalım oğlu pul alıb, ol qədr torpaq satdı ki,
Heç özün basdırmağa bir parça torpaq qalmadı.

Həzrət Abbasın əlindən düşdüyü bayrağını,
Kubədə qaldırdı Pünhan yerdə bayraq qalmadı.[/vc_column]

[vc_column width=”1/2″]Ötdü cavanlıq, Qarabağ

Canavar nəslinə sərf etdi dumanlıq Qarabağ
Ki, ola onlara hər dəmdə yavanlıq Qarabağ.

Qarabağ atlarının keçdiyi dağlar-dərələr,
Erməni eşşəyinə oldu samanlıq Qarabağ.

İrəvan xanlığını zəbt eləməkdənsə qaçıb,
Bakıda qurmağa gəldik təzə xanlıq Qarabağ.

Bu ona, o biri buna, bu biri ona, o birinə bu,
Belə zəncirlə gedir hökmi-rəvanlıq Qarabağ.

Çəkməsək gərçi Tumanyanın əyindən tumanın,
Fatıya olmayacaq yoxsa tumanlıq Qarabağ.

İki əqrəbdən asılmış yekə kəfkir kimiyik,
Gah o yanlıq oluruq, gah da bu yanlıq Qarabağ.

Dəhşətinlə Baba Pünhana əzablar verdin,
Həsrətinlə sovuşub ötdü cavanlıq, Qarabağ.[/vc_column][/vc_row]