Psixoloji məlumatlar

Bədən dili

263views

Bədən dili tarixində ən qədim ünsiyyət vasitəsi olub,duyğu və düşüncələrimizin əksidir.


Bədən dili haqqinda elm KINESIKA adlanir-araşdırmalara görə,insanların üz-üzə qurduqları əlaqədə,sözlər 7 %,səs tonu 30 %,bədən dili 63 % əhəmiyyət kesb edir.


Qorxu,həyəcan,hirs və digər neqativ duyğuların hamısı səs tellərinin gərilməsinə və səsin yüksəlməsinə səbəb olur.

Adamın ani və dəhşətli vahimə yaradan vəziyyətlərdə qorxusunu bədən dili ilə gizlətməsi çox çətindir.

fear
Ünsiyyətin Verbal ve qeyri Verbal üsülu var.Qeyri verbal ünsiyyet növüne aid Bədən dilinin ən peshəkar istifadəçiləri aktyorlar sayılır.Psixoloqların araşdirmalarına əsasən,bədənin ən çox diqqəti cəlb edən hissəsi üz,üzdə isə gözdür.Amma üz ifadələrini başa düşmək çox çətindir,çünki bu ifadələr hər saniyə dəyişə bilər.Üzdə qısa müddət ərzində yüzdən artıq ifadə görmək mümkündür.
Sevinc və xoşbəxtlik ağız və gözlə,hirs-qaş və dodaqla ifadə olunur.

5058409c57e8d
Bədənin önə doğru meyli,əllərin qabaqda birləşməsi,çiyinlərin aşağı endirilməsi insanın gücsüzlüyünü və zəifliyini bildirir.
Əllərin sinədə birləşdirilməsi etibarsızlığı,əllərin arxada birləşməsi özünə inamı,əllərin belə qoyulması ətrafa meydan oxumağı ifadə edir.Ayaqların üst-üstə atılması rahatlığı,ayaqların birləşdirilməsi gizlilik və gərginliyin əlamətidir.
Bütün bunlar sözsüz ünsiyyətin ən önəmli hissə olan bədən dilinin təzahürləridir.