Təbiət

Azərbaycan quşları

231views

Azərbaycanda 400 quş növü qeydə alınsa da, həqiqətdə onların sayı daha çoxdur.

Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir. Bu da ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi.
Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10 %-dən çoxu köç vaxtı qeydə alınan növlərdir.

Qızılqaz: Qızılağac körfəzində 1933-1934-cü illərdə qış mövsümündə 20 mindən artıq, 1956-cı ilin dekabrında – 5 min, 1957-ci ilin fevralında güclü şaxtalardan sonra – 400-ə kimi, 1976-1977-ci illərdə – 200, 1979-cu ilin yanvarında – 200, 1982-ci ildə – 150, 1993-cü ildə – 800, 1994-cü ildə – 2800 quş müşahidə olunmuşdur.

Azərbaycan ornitofaunası çox zəngindir. Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub – Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir.

Fısıldayan qu: Yayılması. Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir (Dəvəçi limanı) gölündə – 10 cütdən yuxarı.1993-cü ildə aparılan hesablamalara əsasən Azərbaycanda qışlayan quların sayı 3200 fərddən çox olmuşdur.

Hələ 60 -cı illərdə qış mövsümündə 2 milyondan çox su-bataqlıq quşu, xüsusilədə ördək, qaşqaldaq və qaz ovlanmışdır. 36 növ quş Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir. Azərbaycan ornitofaunasından 23 növ Dünya Qırmızı Kitabına daxil edilmişdir. Azərbaycanda quşlar üçün əsas təhlükə yaşayış yerlərinin azalması (meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ov edilməsi, adalardakı yuvalama düşərgələrindən yumurtaların yığılması, narahatçılıq amilləri (intensiv mal-qara otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti və s.), neft çıxarılması və daşınması, elektirik xətləri və başqalarıdır.

Mərmər cürə. 1993-cü il yaz-yay hesablamaları üzrə Sarısu və Ağgöl göllərinin hər birində yuvalayan quşların sayı 200 fərd olub. 1995-ci ilin əvvəlində Qızılağac qoruğunun Lopatin və Akuşa postları arasındakı su hövzələri üzrə çay ördəklərinin toplantılarında 54 mərmər cürə qeydə alınmışdır.

Quşların, ilk növbədə su-bataqlıq quşlarının qorunması üçün Qızılağac və Ağgöl qoruqları təşkil edilmişdir ki, burada 500 mindən çox quş qışlayır. Bundan başqa Samux qoruq-ovçuluq təsərrüfatında, Gil və Şahdili yasaqlağında və digər yasaqlıqlarda quşlar qorunub mühafizə edilir. Sarısu (400-500 min qışlamada), Mahmudçala (40 min), Kürün deltasında (miqrasiyada 75 min), Abşeron-Qobustan sahillərində (Pirallahi-Pirsaat kəsiyində – 200 min ) və digər sahələrdə daha çoxdur. Azərbaycanda ekoturizm kimi istiqamətin, xüsusilədə bedvodçinqin (quşların müşahidəsi) inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Quşları burada il boyu, həm qışlamada, həm köç, həmdə yuvalama zamanı müşahidə etmək mümkündür. Burada vağların, ibislərin, qarabattaqların qamışlıqda, qağayı və sternaların adalarda, hətta istifadəsiz neft özüllərində çoxsaylı koloniyalarını müşahidə etmək olur. Qışda bəzgəglərin nəhəng sürüləri, qartallar, kərkəslər yemlənmək üçün düzənlərə gəlir. Xəzər sahillərində və daxili su hövzələrində su quşlarının nəhəng sürüləri toplaşır.

Berqut: Təbiətdə sayı. 1990-1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Berqut: Təbiətdə sayı. 1990-1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Dəstə Növlərinin sayı
Sərçəkimilər (Passeriformes) 156
Çovdarçıkimilər (Charadriiformes) 65
Qızılquşkimilər (Falconiformes) 37
Qazkimilər (Anseriformes) 31
Durnakimilər (Gruiformes) 14
Leyləkkimilər (Ciconiiformes) 13
Qaqarkimilər (Gaviiformes) 11
Göyərçinkimilər (Columbiformes) 8
Ağacdələnkimilər (Piciformes) 8
Toyuqkimilər (Galliformes) 8
Bayquşkimilər (Strigiformes) 8
Rakşikimilər (Coraciiformes) 6
Maygülükimilər (Podicipediformes) 5
Qutankimilər (Pelecaniformes) 4
Uzunqanadkimilər (Apodiformes) 3
Quququşukimilər (Cuculiformes) 1
Keçisağankimilər (Caprimulgiformes) 1
Qızılqazkimilər (Phoenicopteriformes) 1