Gündəm

AZAL-dan yeni aksiya | Bu istiqamətdə olan uçuşlara endirim

159views

“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Tel-Əviv istiqamətindəki uçuşlara yeni aksiya elan edib.

Bakı-Tel-Əviv-Bakı istiqamətində 10 yanvardan 10 mart 2017-ci il tarixinə kimi olan uçuşlara dekabrın 1-dən 20-ə kimi aviabilet alarkən aviabiletin qiyməti cəmi 299 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir. Həmçinin aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

AZAL-ın Bakıdan Tel-Əvivə uçuşları həftədə iki dəfə komfortlu Airbus A 319 və A 320 laynerlərində həyata keçirilir.