Cihazlar

AZAL da Samsung Galaxy Note 7’nin uçuşda istifadəsini qadağan edir

860views

Dünyanın bir çox hava yolları tərəfindən məhdud istifadə xəbərdarlığı alan Samsung Galaxy Note 7 telefonu, artıq AZAL tərəfindən də tətbiq olunmağa başlayacaq.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərdən uçuş zamanı “Samsung Galaxy Note 7” smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu model smartfonun qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

Məhdudiyyətlər “Samsung Galaxy Note 7” smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə “Samsung” şirkətinin bu yaxınlarda verdiyi məlumatlarla bağlıdır.

“Samsung Galaxy Note 7” smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.

Qeyd edək ki, Samsung Galaxy Note 7 telefonlarında yaranan batareya xətası səbəbindən dünyanın fərqli ölkələrində alışma hadisələri baş vermiş və bunun ardından Samsung şirkəti bütün Galaxy Note 7 telefonlarını geri çağırmışdı.