Futbol

Azərbaycanlı müxbirdən Mourinyoya ‘Mkhitaryan’ sualı

675views

Mançester United’in Texniki Direktoru Jose Mourinyo, Fənərbaxçaya 2-1 hesabı ilə məğlub olduqları matç sonunda bir sıra açıqlamalar verib.

Mətbuat konfransında danışan Mourinyoya azərbaycalı müxbir tərəfindən ‘Mkhitaryanı komandadan göndərəcəksinizmi?’  şəklində bir sual verilib.

Mourinyo bu suala; ‘Mkhitaryanı komandadan göndərməyi düşünmürəm. Amma daha yaxşı olması lazımdır, hər şey bu qədər bəsitdir.’ şəklində cavab verib. Azərbaycanlı müxbirin erməni futbolçuyla bağlı soruşduğu bu sual, xarici mətbuatda böyük əks-səda doğurub.

Mourinhonun digər açıqlamaları; ‘Öz meydanımızda 5-6 qolla qazanmağı haqq etmişdik, bu gün də itirməyi haqq etdik. Fənərbaxça bu axşam hər şeyini ortaya qoydu. Oynayacaqları ən yaxşı futbolu oynadılar. Biz pis başladıq, konsentrasiya olmamışıqdır. Fənərbaxça isə çox rahat idi. Fənərbaxça, Çempionlar Liqasının finalını oynayırmış kimi, biz isə hazırlıq matçı oynayır kimiydik.’