Eurovision

Azərbaycan üçün Avroviziya 2017 mahnı seçimi açıq elan edilib

Diana Hacıyeva
767views

İctimai Televiziya (ITV), Azərbaycanın Avroviziya 2017 Mahnı Müsabiqəsinin yayımçısı Ukraynanın Kiyev şəhərində may ayında ölkəmizi təmsil edəcək Diana Hacıyevanın ifa edəcəyi mahnının seçimini açıq elan edib.

Müstəqil bəstəkarlar mahnıların audio yazısı və mətnini, həmçinin özləri barədə əsas məlumatı təqdim etməlidirlər. Mahnı maksimum 3 dəqiqə olmalı və Avroviziya 2017-nin qaydalarına uygun olmalıdır: Mahnını təqdim edəcək bəstəkarlar üçün milli mənsubiyyət məhdudiyyəti yoxdur. Onlar mahnını eurovision2017@itv.az elektron ünvanına göndərməyə dəvət olunurlar.

Seçim dövrü Fevralın 10-u 2017 tarixinə qədərdir.

Dihaj - Eurovision 2017
Dihaj – Eurovision 2017

Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan 2008-ci ildən uğurla çıxış etməyə başlamışdır. 2011-ci ildə EllNikki-nin ifa etdikləri Running Scared mahnısı ilə ölkəmiz müsabiqənin qalibi olmuşdur. Azərbaycan 2012-ci ildə Bakıda 42 ölkə nümayəndələrinin iştiraki ilə keçirilən müsabiqəyə ev sahibliyi etmişdir.

Eurovision 2017 Ukraina

Həmçinin nəzərinizə çatdıraq ki, ötən gün “Eurovision -2017”-nin yarımfinallarının püşkatma mərasimi keçirilib

“Eurovision-2017”-nin birinci və ikinci yarımfinalının iştirakçılarının püşkatma mərasimi yarışmaya ev sahibliyi edən şəhərdə – Kiyevdə keçirilib.

Tədbirdə Stokholm Şəhər Şurasının prezidenti Eva-Louise Erlandsson Slorakn müsabiqənin rəmzi açarını Kiyevin meri Vitali Kliçkoya təqdim edib. “Eurovision” müsabiqəsinin əvvəlki Ukraynadan olan qalibləri Camala (2016) və Ruslana (2004) da mərasimdə iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən, birinci yarımfinalda 18, ikinci yarımfinalda isə 19 iştirakçının çıxış edəcəyi planlaşdırılır. Azərbaycan müsabiqənin ilk yarımfinalında çıxış edəcək.

Böyük finala vəsiqə qazanan böyük beşlik ölkələrindən İtaliya, İspaniya və Böyük Britaniya ilk yarımfinalda, Almaniya, Ukrayna və Fransa isə ikinci yarımfinalda səs verəcəklər.