Futbol

Azərbaycan millisi 1/4 finalda

785views

Yığma komandamız Kolumbiyada keçirilən Dünya Çempionatında öz adına daha bir tarix yazdı. Millimiz 1/8 finalda Taylandı məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Tayland ilə oyun olduqca gərgin keçib. Əsas vaxt 7-7 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac olub. Burada daha inamlı çıxış edən komandamız 13-8 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, 1/4 finalda komandamızın rəqibi Portuqaliya yığması olacaq. Görüş 26 Sentyabr Bakı vaxtı ilə saat 03:00-da baş tutacaq.

Elnur Cəfərov
idman xəbərləri yazarı