Təbiət

Azərbaycan balıqları haqqında məlumatlar

9.84Kviews

Balıqların hamısı su heyvanlarıdır və buna görə də su onların əsas mühitidir.

Onlar müxtəlif olaraq, dənizlərdə, okeanlarda, çaylarda, və s. kimi su mühitlərində yaşıyırlar. Balıqların yaşayış şəraitləri: şirin və ya duzlu suların dərinliyi, temperaturu, düşmənlərin az və ya çoxluğu və s. asılıdır. Onlar müxtəlif ekoloji qruplara bölünürlər: dəniz balıqları, şirin su balıqları, keçici balıqlar və yarımkeçici balıqlar.

Hazırda isə Azərbaycanda olan, Xəzər dənizi, Kür və Araz çaylarında məskunlaşan balıqlar haqqında bir çox suala cavab tapmağa çalışaq:

1 . Xәzәr dәninizdə ölçüsünә vә çәkisinә görә әn böyük balıq hansıdır?
Xәzәr dәninizdə ölçüsünә vә çәkisinә görә әn böyük balıq, Bölgә balığıdır.

2. Hansı balıq növlәri Azәrbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmişdir?
Azәrbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən balıq növləri, Kәlәmo, ilanbalığı, qızılxallı, poru, dәniz sıfı-dır.

3. Nәrә cinsli balıqların sәnaye mәqsәdlәri ilә ovu hansı müddәtlәrdә qadağan olunur?
Nәrә cinsli balıqların sәnaye mәqsәdlәri ilә ovu aprelmay aylarında qadağan olunur.

4. Ölkәmizdә әn çox ovlanan balıq hansıdır?
Azərbaycanda ən çox ovlanan balıq növü, Kilkә-dir.

5. Nәrә cinsli balıqlardan hansının әti vә kürüsü ixrac olunur?
Nәrә cinsli balıqlardan bölgә, nәrәuzunburun balıqların əti və kürüsü ixrac olunmaqdadır.

6. Respublikamızda nәrәkimilәrin hansı növlәri süni yolla artırılır?
Azərbaycanda bölgә, kәlәmo, nәrәuzunburun balıqları süni yolla artırılmaqdadır.

7. Nәrәkimilәrin tәbii kürülәmә yerlәri haradadır?
Nәrәkimilәrin tәbii kürülәmә yerlәri KürAraz çaylarıdır.

8. Xәzәrdә kilkә balıqlarının neçә növü mәskunlaşmışdır?
Xəzərdə kilkə balıqlarının 3 növüadi kilkә, irigöz kilkәançous kilkәsi növləri məskunlaşıb.

9. Azәrbaycanda yaşayan hansı balıq metamorfoz yolu ilә inkişaf edir?
Azərbaycanda yaşayan balıqlardan ilanbalığı metamorfoz yol ilә inkişaf edir.

10. Xәzәrin Azәrbaycan sektorunda siyәnәk balıqlarının neçә növü mәskunlaşmışdır?
Xəzərin Azərbaycan bölgəsində siyənək balığının 4 növüqarabel siyәnәyi, Dolgi siyәnәyi, Xәzәr şişqarnıirigöz şişqarın növləri məskunlaşmaqdadır.

11. Azәrbaycanın balıqçılıq әhәmiyyәtli su obyektlәrindә hansı qızılbalıq növlәri yaşayır?
Azәrbaycanın balıqçılıq әhәmiyyәtli su obyektlәrindә Xәzәr qızılbalığı, ağ qızılbalıq, qızılxallı (forel) balıq növləri yaşayır.

12. Bütün ömrünü dәnizdә keçirәn balıqlar hansılardır?
Bütün ömrünü dənizdə keçirən balıqlar Kilkә siyәnәklәrdir.

13. Mingәçevir vә Şәmkir su anbarlarında ovun әsas hissәsi hansı balıq növünün payına düşür?
Mingәçevir vә Şәmkir su anbarlarında ovun әsas hissәsi çapaq balığının payına düşür.