Müsahibə

Azərbaycanlı gəncdən fotoqrafiyada yeni konsepsiyalar

154views

Xaricdə yaşayıb fotoqrafiya ilə maraqlanan gənc istedadları bəyənir və izləyirik. Ölkəmizdə də fotoqrafiyanı özünə məşğuliyyət seçən istedadlı gənclər az deyil. Bu sahədə öz istedadı ilə seçilən gənclərdən biri də Kərim Talıbovdur. Kərim çəkdiyi fotoları redaktə etməklə maraqlı işlər ortaya çıxardır.

Yaaz.az Kərimi və onun işlərini sizə təqdim edir:

kar12501585_1125555397507942_1198652487_n

“Bu işə marağım 2 il əvvəl yarandı. Ümumiyyətlə əvvəlcədən kreativ işlər görməyə böyük marağım var idi. Instagram və Flickr vasitəsi ilə digər kreativ insanları izləyərək daha da həvəsə gəldim. Başlanğıcda mobil proqramlar ilə sürreal fotoşəkillər yaratmağa başladım, sonra bəyənənlər oldu və bu da məni daha çox stimullaşdırdı, nəticədə ilk fotokameramı aldım.”

kar11311092_474188502789580_587539163_n

“Özümü illustrator yox fotoqraf kimi görürəm. Çünki, fotoşəkillərdə rəsmdən istifadə etmirəm, əksəriyyəti əvvəlcədən çəkdiyim müxtəlif obyektlərin şəkillərini birləşdirməklə əmələ gəlib. Üslubumu isə konseptual fotoqrafiya adlandırardım.”

kar11376395_483297861849028_1600499720_n

“Bu xobbimin əsas peşəmə çevrilməsinin qarşısında duran əlavə məşğuliyyətim universitetdir. Menecment üzrə təhsil alıram və sonuncu kursda olduğuma görə demək olar ki, şəkil çəkməyə çox az vaxt tapa bilirəm.”

kar12277621_643133415828773_43216758_n

“Sosial şəbəkələrdən geniş istifadə etmirəm. Hal-hazırda işlərimi bölüşmək üçün istifadə etdiyim tək sosial şəbəkə Instagramdır.”

kar12357861_1708331026066051_1761969288_n

“Marağımın tükənməməsinə əsas səbəb işlərimin bəyənilməsidir. Düzünü desəm, özüm gördüyüm işləri bəyənmirəm və hələ qat-qat daha yaxşı işlər görə biləcəyimə inanıram, ona görə də həvəsdən düşməyib hər dəfəsində daha yaxşı işlər görməyə çalışıram. Əlavə olaraq, David Talley, Brooke Shaden, Rob Woodcox kimi peşəkarların gördüyü işlər məni daha da ilhamlandırır.”

 

kar12545297_488066058047382_434728806_n

kar12716958_952822044754037_534279686_n

kar13774382_1753870288194095_2120818980_n

kar12534615_1063664963676161_1028583826_n

kar14073035_503636546513697_1565940301_n

kar12552226_458215697636468_1073823955_n

kar12383349_1692635547672443_1945662289_n

kar12105024_444735369044044_2048257906_n