Futbol

Azərbaycan’ın UEFA reytinq sıralamasında mövqeyi dəyişdi

Uefa
180views

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Avropa Liqasının qrup mərhələsinin son turunun oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub.

Azərbaycan 17.750 xalla 1 pillə geriləyərək 26-cı pillədə yer alıb.

“Qarabağ”ın evdə “Fiorentina”ya 1:2, “Qəbələ”nin səfərdə “Maynts”a 0:2 hesabı ilə uduzması nəticəsində xal hesabımız dəyişməyib.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 98.284 xal. Almaniya (76.498) ikinci, İngiltərə (72,391) üçüncü pillədə yer alıb.