Avtomobil

Azərbaycana “Rolls-Royce”un xüsusi versiyası gətirildi

“Rolls-Royce “Wraith Black Badge” 2017
203views

“Rolls-Royce Motor Cars Baku” avtosalonunda Azərbaycanda ilk “Wraith Black Badge” avtomobilinin təqdimat mərasimi keçirildi.

“Rolls-Royce Motor Cars”ın daimi eksklyuziv sifarişli seriyası kimi “Rolls-Royce Black Badge” həm zahiri görünüşündə, həm də mühəndislik işləmlərində əsl yenilik deməkdir. “Wraith” və “Ghost” avtomobillərinin hər ikisi “Black Badge” variantında mövcuddur və bu aydan etibarən müştərilərə təqdim olunacaq.

yaaz.az “Rolls-Royce “Wraith Black Badge”

“Wraith Black Badge” avtomobilinin təqdimatından sonra “Rolls-Royce Motor Cars”ın brend üzrə meneceri Nurlan Pənahlı vurğuladı ki, “Black Badge” həyata fərqli münasibət və “Rolls-Royce” brendinin həyacanlı ruha malik insanlara istiqamətlənmiş mövqe deməkdir. “Həmin insanlar gərgin iş şəraitində çalışır və öz statuslarını ifadə etmək niyyətindədir. “Black Badge” avtomobilini canlı Bakıda görmək sözlə təsvir edilə bilməyən hissiyyatdr” – deyə, o, bildirdi.

yaaz.az “Rolls-Royce “Wraith Black Badge”

Daha da sirli estetika ekstaz ruhunun yeni görkəmində, qabaq barmaqlığın tərtibatında, yük yeri qapağının işləməsində, hava sorucu boruların daha aşağı qurulmasında və işlənmiş qaz borularının tünd metal rəngində boyanmasında öz əksini tapıb. Bundan başqa qabaq, yan və arxa hissələrdə yerləşdirilmiş məşhur ikili R işarələri qara fonda gümüşü rəngdə hazırlanmış və bununla da Rolls-Royce avtomobilin ‘Black Badge’ adlı alternativ reallığa daxil olduğunu ifadə edir.

yaaz.az “Rolls-Royce “Wraith Black Badge”

Hər hansı əvvəlki Rolls-Royce avtomobilinə nisbətən hər bir “Black Badge” ruhlu minik avtomobili tamamilə təkraredilməz “Rolls-Royce” avtomobilidir.

“Ghost” avtomobili “Rolls-Royce” limuzini anlayışının ən müasir təfsiridir. Həmin təfsir isə sürücü ilə hərəkət əvəzinə avtomobili özü idarə etməyə üstünlük verən iş adamlarının cəlb edir. “Rolls-Royce” mühəndisləri mühərrik gücünü 30 kVt saatadək artıraraq onu 450 Kvt saata çatdırdılar və baza Ghost modeli ilə müqayisədə fırladıcı anı 60Nm (840Nm) göstəriciyədək artırdılar. Bu sarsıdıcı effektliyi əldə edərək, “Rolls-Royce Ghost Black Badge” salonunun arxa hissəsindəki sərnişinlər məhz xalça təyyarədə səyahətə bənzər rahatlığı təmin edir.

yaaz.az “Rolls-Royce “Wraith Black Badge”

“Wraith Black Badge” Qran Turizmo avtomobil sinfinin zirvəsidir. Bu avtomobil bələdçisi və əsl sürücü üçün nəzərdə tutulmuş avtomobildir. Dünyanın ən güclü və 632 at gücü (465 kVt) gücünə malik “Rolls-Royce” avtomobili olmaqla yanaşı, “Wraith” həmçinin, hər zaman bütün “Rolls-Royce” model sırasında ən çox sürücüyə yönəldilmiş avtomobildir. Bununla belə, müştərilərin istəklərinə cavab vermək üçün “Rolls-Royce” mühəndislər heyəti inadla çalışaraq bu fenomenal səlis tavan xəttli kupeni daha da mükəmməl etmişdir.

yaaz.az “Rolls-Royce “Wraith Black Badge”

Artıq mövcud olan yüksək mühərrik gücü ilə əlavə fırladıcı an göstəricisi (+50Нм), tamamilə yeni tərzdə tənzimlənmiş pnevmatik asqını, yeni aparıcı vallar və yenilənmiş 8 pilləli sürət ötürmə qutusunu birləşdirərək “Rolls-Royce” daha da sürücüyə yönəldilmiş dinamik “Wraith” yaratmaqla “Rolls-Royce” ənənəvi yüngül idarə etmə xüsusiyyətlərini qoruyub saxlamışdır.

Asqıda və idarə etmədə dəyişikliklərə və yeni əlavə aparıcı vallara görə Ghost və Wraith Black Badge avtomobilləri hərəkət zamanı yenidən misilsiz təmtarağı təmin etməklə sürücüyə bir qədər artıq diqqət ayırır.