Eurovision

Azərbaycan tərəfindən 2015-ci ildə rədd edilən mahnı, bu il Eurovision 2017’də İsveçrə’ni təmsil edəcək

Timebelle - Apollo
251views

2017 Avroviziyada İsveçrənin mahnısı olaraq seçilən “Apollo”, 2015-ci ildə Azərbaycana təklif edilmişdi.

Azərbaycanın rəsmi kanalı İctimai TV, 2015-ci ildə virtual platformada Eurovision paneli təşkil etmişdi. Avropadan bəstəkarlar (bir çoxu İsveçli) panelə mahnılarını göndərmiş, İctimai TV-nin seçdiyi azərbaycanlı ifaçılar da bu mahnıları səsləndirmişdi.

Panelə göndərilən mahnılar arasında “Apollo” adlı bir mahnı da var idi. Bu Apollo, bu il İsveçrənin mahnısı olan Apollo-dur.

Son olaraq münsiflər Azərbaycan panelindəki mahnılara səs vermiş və qazanan “Hour of the Wolf” ilə Elnur Hüseynov olmuşdu.

Apollo iki il sonra yenilənərək İsveçrə milli finalına göndərildi və nəhayət ki, bu il Eurovision Mahnı Yarışlarında iştirak üçün seçildi.