GündəmMusiqiSənət

Azərbaycan musiqi dünyasına ağır itki

70views

Bu gün uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında muğam və xalq mahnılarının tanınmış ifaçısı, Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Ağaxan Abdullayev vəfat edib.

Abdullayev Ağaxan Minaxan oğlu 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub.

1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.

1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır.

1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Avropa və Amerikada bir çox ölkələrdə konsert proqramı ilə çıxışlar edib.

Bir çox beynəlxalq və dövlət mükafatları sahibidir.