Futbol

Azərbaycan Millisinin qrup mərhələsindəki rəqibinə FİFA-dan cəza

FİFA 4 olkəni cəzalandırıb
284views

FIFA, 2018 Dünya Kuboku seçmə mərhələsi oyunlarında Lalə gülü simvoluyla matçlara çıxan İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsi cəzalandırıb.

FIFA, 2018 Dünya Kuboku Seçmələrində 11 Noyabrda oynanan İngiltərə ilə Şotlandiya matçına Lalə gülü simvollarıyla çıxan iki komandaya da cəza verib.

1-ci Dünya Müharibəsinin sona çatdığı 11 Noyabr tarixində döyüşdə həyatını itirən əsgərləri anan İngiltərə 45 min, Şotlandiyaya isə 20 min İsveçrə frankı dəyərində cəza verilib.

Serbiya matçına yenə eyni simvollarla çıxan Uels 20 min, Azərbaycan matçına Lalə gülü simvollu bantlarla çıxan Şimali İrlandiya da 15 min İsveçrə frankı dəyərində cəzalandırılıb.