Futbol

Ayntraxt-ın futbolçusu Renat Dadaşov, Azərbaycan Millisində

Renat Dadaşov
58views

FİFA, AFFA-nın Renat Dadaşovla bağlı müraciətini müsbət cavablandırıb.

Əslən azərbaycanlı olan, hazırda Almaniyada çıxış edən futbolçu Renat Dadaşov AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmiş, bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Almaniya Futbol İttifaqı bildirmişdi ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.

FIFA

AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamışdı. Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Renat Dadaşovun FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.

Qeyd edək ki, R.Dadaşov əvvəllər ölkəmizin U-15 yığmalarında çıxış edib. Sonra yaşadığı Almaniyanın U-15, U-16 və U-17-nin formasını geyinib. Bundestimin aparıcı futbolçusuna çevrilən R.Dadaşov Azərbaycanda keçirilən Avropa çempionatının final mərhələsində də oynayıb. Komandasının “9 nömrə”si bu yarışda 3 qol vurub.

O, bir neçə gün əvvəl Frankfurtun “Ayntraxt” klubu ilə müqavilə imzalayıb. Futboluçumuz klubun U-19 komandasında oynayacaq.