Kosmos

Aya ilk turistik səfərlər 2018-ci ildə baş tutacaq

Aya seyahet 2017
870views

Dünyanın peyki Aya ilk turistik səfər, 2018-ci ilin ikinci rübündə reallaşacaq.

Bu barədə, kosmik cihazlar və raketlər istehsalçısı SpaceX firmasının sahibi Elon Musk, Twitter vasitəsiylə məlumat verib.

Şəxsi hesabından, ‘Məni Aya uçur’ yazan Musk, sonrasında ‘yaxşı’ deyə cavab verib.

Mərkəzi ABŞ-ın California şəhərində olan SpaceX’in yaydığı məlumatda, iki şəxsin Aya getmək üçün depozit ödədiyi bildirilir, ancaq bu kəslər haqqında məlumat hələki verilmir.

Məlumatda, səfər üçün Dragon 2 kapsulasının istifadə ediləcəyi və yüksəlişin Kennedy Kosmos Mərkəzindəki tarixi 39 A yoxuşundan həyata keçiriləcəyi bildirilir.

Əgər səfər uğurla həyata keçirilərsə, 45 il dən sonra Aya ilk insan səfəri reallaşmış olacaq.

Xatırladaq ki, ABŞ-lı kosmos qrupu, 7 dekabr 1972-ci ildə Apollo 17 missiyası çərçivəsində Aya getmişdi. Challenger adlı modulla Ay səthinə enən kosmonavtlar, burada 22 saat davam edən bir araşdırma aparmışdı.

Bu missiya, Aya edilən son insan uçuşu olmuşdu.