Mobil

‘Axtarışda olan’ türk biznesmeni lüks telefon markası Vertu’nu satın aldı

917views

Türk iş adamı Hakan Uzan 60 milyon $ ödəyərək adını daha əvvəl çox eşitdiyimiz lüks telefon markası Vertunu satın aldı.

Bu gün texnologiya mətbuatında bomba kimi oturan bir xəbər gəldi. Bu xəbər isə axtarılan fərari iş adamı Hakan Uzanın lüks telefon markası Vertunu satın alması ilə bağlıdır. İngilis The Daily Telegraph qəzeti başda olmaq üzrə bir çox əhəmiyyətli mənbə bu xəbəri təsdiqləyiblər.

Bildirilənə görə, Hakan Uzan, Vertunu Kipr Mərkəzli Baferton Ltd. şirkəti ilə 60 milyon $ qarşılığında satın alıb.

Hakan Uzan

Digər tərəfdən, Hakan Uzanın qaranlıq bir keçmişi var. Uzan ailəsinin, 1990-cı illərdə Nokia və Motoroladan borc pul alaraq Telsim adlı GSM operatorunu yaratdığı iddia edilib. Ancaq işlər sürətlə tərs gedib. Telsim, maddi sıxıntılar çəkmiş, kreditlər ödənməmişdi.

Nokia və Motorola ilə Uzan ailəsi arasında hələ də bu məsələdə problemlərin davam etdiyi bildirilir. Hakan Uzan Türkiyədə də axtarışdadır.

O zamandan bəri, Uzan ailəsi Fransada siyasi sığınacaq hüququ qazandığından bəri ölkənin xaricində yaşayır. Uzanın Vertunu nə üçün satın aldığı isə bəlli deyil. Şirkət son on il ərzində bir neçə dəfə sahib dəyişdirib.

Vertunun ən aktual maliyyə cədvəlinə görə şirkət 2014-cü ildə 110 milyon sterlinqlik satışa baxmayaraq 53 milyon funt-sterlinq zərər edib.

The Daily Telegrapha danışan Uzan, “Vertu obazarda tanınan güclü bir markadır. Vertunun potensialını həyata keçirəcək investisiyaları etmək və qrupla birlikdə işləmək üçün səbrsizlənirəm” deyib.