Gündəm

Avtomobillərin parklanmasında yeni qayda və cərimələr müəyyən edildi

91views

Azərbaycan Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.

Dəyişikliyə əsasən:

“Maddə 346-1. Parklanma qaydalarının pozulması

346-1.1. Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə – 10 AZN (on manat) məbləğində cərimə edilir.

346-1.2. Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə – 10 AZN (on manat) məbləğində cərimə edilir.

346-1.3. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə – 10 AZN (on manat) məbləğində cərimə edilir.

346-1.4. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə – 10 AZN (on manat) məbləğində cərimə edilir.

346-1.5. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə – 20 AZN (iyirmi manat) məbləğində cərimə edilir.”.