DünyaMaraqlı

Avstraliyada dünyanın ən böyük dinozavr ayaq izi tapıldı

968views

Avstraliyanın Dampier yarımadasındakı Walmadany bölgəsində, Queensland və Ceyms Kuk Universitetlərindən araşdırmaçılar, 140 milyon illik qayalarda 1.7 metr böyüklükdə dinozavr ayaq izi tapıblar.

Avstraliyanın şimal qərbindəki Dampier yarımadasında aparılan araşdırmalarda, 21 fərqli dinozavra aid 140 milyon illik izlərə rast gəlinib.


Jurassic Park adlandırılan bölgədə, dəstəsilə birlikdə iş aparan Queensland Biologiya Elmləri Məktəbindən Doktor Stiv Salisbury, “Stegosaurianın da içində olduğu, planetdəki ən iri dinozavrlar faunasını gördük. Sauropodanın ayaq izləri 1.7 metr olur. Bölgənin yerliləri tərəfindən dəvət edilmişik. Onlar burada izləri fərq etdilər. Onların elmi cəhətdən öyrənilməsinə və aşkar olunmasına ehtiyac vardı” deyib.


Salisbury və qrupunun Walmadany bölgəsində 400 saat ərzində işləyərək dinozavr izlərini təsdiqləməsi nəticəsində, bölgədə mayeləşdirilmiş qaz mərkəzi keçirilməsi üçün 2008-ci ildə gündəmə gələn layihə, hökumət tərəfindən ləğv edilib.