Tennis

Avstraliya Açıqda şok məğlubiyyət | Djokovicin çöküşü

Novak Djokovic Aus open 2017
281views

Dünya Tennis siyahısında 2-ci sırada olan Novak Djokoviç, Avstraliya Açıq ikinci turunda turnirə ‘wild card’ ilə qatılan Denis Istomin’ə 3-2 hesabı ilə məğlub olub.

Mövsümün ilk Grand Slam’i Avstraliya Açıq tennis turnirinin dördüncü günü uzun müddət unudulmayacaq bir sürprizlə yadda qalıb.

Keçən il Dünyanın 1 nömrəsi ünvanını Andy Murray’ə uduzan Novak Djokoviç, turnirin ikinci turunda dünya tennisinin 117 nömrəsi Denis Istomin’ə beş setdə məğlub olaraq 2008-ci ildən bəri ilk dəfə bir Gland Slam’la ikinci turda vidalaşıb. Serbiyalı tennisçi axırıncı dəfə 2008-ci ildə Wimbledon ikinci turunda Marat Safin’ə məğlub olmuşdu.

yaaz.az Denis Istomin

Özbək tennisçi Denis Istomin, üçüncü turda Pablo Carreno Busta ilə qarşılaşacaq.