Futbol

Avropa Liqasında səbətlər bəlli oldu | Siyahı

Europa League
212views

Avropa Liqasında 1/16 final mərhələsinin püşkatmasının səbətləri açıqlanıb.

Qrup mərhələsini adlayan 24 komanda, həmçinin Çempionlar Liqasının 8 uğursuzu püşk zamanı 2 səbətə bölünüb.

Qrup qalibləri səpələnmiş, ikincilər isə səpələnməmişlər sırasında yer alıb. Digər 8 klub reytinqinə görə bu səbətlərə yerləşdirilib.

Səpələnmişlər

“Ayaks” (Hollandiya), APOEL (Kipr), “Beşiktaş” (Türkiyə), “Fənərbaxça” (Türkiyə), “Fiorentina” (İtaliya), “Kopenhagen” (Danimarka), “Lion” (Fransa),  “Osmanlıspor” (Türkiyə), “Roma” (İtaliya), “Sent-Etyen” (Fransa), “Sparta” (Çexiya), “Şaxtyor” (Ukrayna), “Şalke” (Almaniya), “Tottenhem” (İngiltərə), “Zenit” (Rusiya”)

Səpələnməmişlər

“Anderlext” (Belçika), “Astra” (Rumıniya), “ AZ Alkmaar” (Hollandiya), “Selta” (İspaniya), “Gent” (Belçika), “Hapoel” (Beyer-Şeva, İsrail), “Krasnodar” (Rusiya), “Legiya” (Polşa),
“Ludoqorets” (Bolqarıstan),“Mançester Yunayted” (İngiltərə), “Borussiya” (Münhenqladbax, Almaniya), “Olimpiakos” (Yunanıstan), PAOK (Yunanıstan), Rostov (Rusiya), “Vilyareal” (İspaniya)

Qeyd edək ki, F qrupunda “Atletik” (Bilbao) və “Genk”  növbəti mərhələyə vəsiqə qazanıb. Ancaq bu komandaların hansı səbətdə yer alacağı təxirə salınan “Sassuolo” – “Genk” matçının nəticəsindən sonra müəyyənləşəcək.

Əlavə edək ki, Çempionlar Liqası və Avropa Liqasının 1/16 finalın püşkatma mərasimi dekabrın 12-də keçiriləcək.