Maraqlı

Avesta kitabı haqqında

Avesta
17.1Kviews

Avesta – Qədim Ari (İrandilli) xalqlarının dünya mədəniyyətinə bəxş etdiyi möhtəşəm Təkallahlılıq kitabıdır.

Zərdüştiliyin müqəddəs kitablar külliyyatı, dövrümüzə tam şəkildə çatmamışdır.
Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən e.ə. 1-ci minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avestanın dünyagörüşü üçün ifrat dualizm xarakterikdir. Avestaya görə dünyada həm maddi, həm də xəyali olan hər şey xeyir və ya şər başlanğıca malik olmaqla iki qismə ayrılır. İnsan bu və ya digər mövqeyi seçməkdə sərbəstdir.

Zərdüştilik ənənəsinə görə, “Avesta”nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır.

Avesta
Avesta

Avesta – zәrdüştiliyin әn böyük tarixi abidәsi hesab olunur. “Avesta” sözünün mәnası dәqiq açılmasa da, avestaşünaslar onu qayda-qanun toplusu, yaxud, sadәcә olaraq qanun hesab edirlәr. Bu nadir abidәnin bir neçә әsrә yaranması ehtimal olunur. Sinifli cәmiyyәtә keçid dövrünün mәhsulu olan bu kitabdakı “Qatlar” (Nәğmәlәr) Zәrdüşt peyğәmbәrin fәrdi yaradıcılıq mәhsulu kimi qiymәtlәndirilir. Qәdim Yunanıstanın vә Romanın, o cümlәdәn Azәrbaycanın, İranın, Orta Asiyanın, Suriyanın, Babilistanın saysız-hesabsız mәnbәlәrindә, әrәb, fars vә digәr dillәrdә “Avesta” vә zәrdüştilik haqqında mәlumatlar verilir.

“Avesta” Avropaya XVIII әsrdәn mәlumdur. Belә ki, 1771-ci ildә fransız tәdqiqatçısı Anketil dü-Perron “Avesta”nı fransız dininә çevirir vә abidә bütün Avropaya yayılır. O vaxtdan da F.Nitşe, V,Cakson, Y.Herzfeld, V.Keldner, V.Henninq, D.Darmsteter kimi görkәmli tәdqiqatçılar “Avesta”nı öyrәnәrәk, avestaşünaslığı zәnginlәşdiriblәr.

“Avesta”nın sәciyyәvi cәhәti iki әzәli başlanğıcın – Xeyir vә Şәrin, Hәqiqәt vә Yalanın bir-birinә qarşı qoyulmasıdır. Bu, bütün dünya prosesinin mәzmununu tәşkil edir, hәmin mübarizәdә insanın rolu fәaldır. Bu mübarizәdә insanın başlıca silahı xeyirxah fikirdә, xeyirxah sözdә, xeyirxah әmәldәdir. Abidәdә qeyd olunur ki, gözәllik vә xeyirxahlıq böyük yer tutur. Bu, qadınlara mәxsusdur. “Avesta”da yalançılıq әn çirkin xüsusiyyәt kimi rәdd edilir.

Avesta
Avesta

İndi bәzi tәdqiqatçılar “Avesta”nın İrana mәnsub olduğunu bildirirlәr. Böyük әksәriyyәt isә onu Azәrbaycanla әlaqәlәndirir. I әsrdә yaşamış Orta Asiya tarixçisi Biruni Zәrdüştün Azәrbaycandan olduğunu qeyd edirdi. Kitabın özündә dә işlәdilәn yer adlarının çoxu qәdim Azәrbaycan torpağı olub. İranda “Avesta”nın tәdqiqatçılarından olan Purdavud “Ədәbiyyati Mәzdi, Yәsna-Yәştiha, cildi-әvvәl, Qismәti әz kitabi-müqәddәsi Avesta” kitabında yazır: “Bütün İran vә әrәb müәlliflәri, o cümlәdәn ibn Xordadbeh, Balazuri, İbnәlfәqih, Mәsudi, Hәmzә, İsfәhani, Yaqut Hәmәvi, Əbülfәda Zәrdüştü azәrbaycanlı göstәrmiş vә xüsusәn Urmiyanı onun doğum yeri bilmişlәr…”. Göründüyü kimi, iranlıların özlәri dә atәşpәrәstliyin köklәrini
Azәrbaycana aid edirlәr.
Kitabda çoxlu qurbanlar kәsmәk pislәnir, Qıl körpüsündәn (Sirat körpüsündәn) danışılır. Qeyd olunur ki, bu körpünü ancaq Xeyir Allahı Hörmüzә xidmәt edәnlәr asan keçә bilәrlәr. İnsan Şәr üzәrindә qәlәbәsinә ayin vә dualarla deyil, daha çox özünün hәyat tәrzi ilә – kәnd tәsәrrüfatı ilә mәşğul olmaq, mal-qaraya qayğı göstәrmәk, torpağı sәylә becәrmәk yolu ilә nail olmalıdır.

“Avesta”ya görә “Hər şeydə ruh var” vә bütün tәbiәt ruha malik bir canlı kimi qәbul edilir.
“Avesta” ilk dәfә Viştaspanın әmri ilә yazıya alınıb. Qәdim mәnbәlәrdә qeyd olunur ki, kitabı Zәrdüştün kürәkәni Camasp qәlәmә alıb. Tәbii ki, bütün dinlәrdәki kimi zәrdüştilikdә dә “Avesta” әvvәl şifahi şәkildә – rәvayәtlәrdәn ibarәt olub. Yazıya isә ilk dәfә b.e.ә. VI-V әsrlәrdә alınıb. “Avesta” dövrünün bütün biliklәrini әhatә edәn mәnbә olub. Tәdqiqatçıların fikrincә, “Avesta” ilk әvvәl 21 kitabdan ibarәt imiş vә hәr kitabın da ayrıca adı varmış. Makedoniyalı İsgәndәr Azәrbaycanı işğal edәrkәn “Avesta”nın tibbi, fәlsәfi vә astroloji hissәlәrini yunan dilinә tәrcümә etdirib qızılla yazılmış 12 min lövhәni isә (inәk gönünü) yandırıb. Göründüyü kimi “Avesta” hәcmcә çox böyük olub.
Lakin kahinlәrin әzbәrdәn bildiyi “Avesta” sonralar qismәn dә olsa, yenidәn bәrpa olundu vә Sasanilәr dövründә daha sistemli şәkildә yazıya alındı. Çox tәәssüf ki, yenә dә “Avesta” çox ömür sürmәdi.

Ərәb xilafәti İslam pәrdәsi altında Odlar yurduna basqın etdi. Atәşpәrәstlәrә qarşı әrәblәr daha amansız idilәr. Onlar atәşgәdәlәri dağıdır, orada olan dini kitabları yandırırdılar. İstilaçılara baş әymәyәn xalqın çoxu bu yolda qurban getdi. Bәzilәri isә Hindistanın Surat, Bombey, Mәdrәs vә başqa şәhәrlәrinә köç etdilәr. Müasir alimlәr deyir ki, әgәr o vaxt bu dini mәhv etmәsәydilәr, indi dünyanın yarısından çoxu atәşpәrәst olardı…

Avesta
Avesta

21 kitabdan zәmanәmizә cәmi dörd kitab gәlib çıxıb.
1. Vendidad (Videval) – “Divlәr әleyhinә qanun”. (Burada әsas yeri Hörmüzlә Zәrdüşt peyğәmbәrin dialoqu tutur. Kitabın mәqsәdi Xeyir Allahının mәslәhәtinә arxalanıb şәrlә, zülmәtlә mübarizә aparmaqdır.)
2. Vispered – “Hәr şeyin ağası”. (Bu kitab tәxminәn 25 fәsildәn ibarәtdir. Onun tәrkibinә dualarla bağlı nәğmәlәr daxil edilib. Zәrdüştiliyi öyrәnmәk baxımından әhәmiyyәtli olsa da, bu hissәnin bәdii tutumu zәifdir.)
3. Yasna – “Sәcdә etmә, dua etmә”. (Bu, “Avesta”dan әldә olan әn geniş vә mühüm hissәdir, 72 fәsildәn ibarәtdir. Onun 17 fәslini “Qatlar” tәşkil edir. Bu hissәyә Zәrdüştün ilahi qüvvәlәrә müraciәti vә duaları daxildir.)
4. Yaşt (Yaştiha) – “Pәrәstiş, hörmәt etmә”. (Yaştlar bizә pәrakәndә şәkildә gәlib çatıb. Tәrkibi isә ilahi qüvvәlәrin tәriflәnmәsindәn bәhs edәn himnlәrdәn ibarәtdir.)

Dua mәtnlәrindәn tәşkil olunmuş “Kiçik Avesta” isә Hindistanda yaşayan atәşpәrәstlәr tәrәfindәn orta әsrlәrdә yazıya alınıb. Bu kitab dinin tәbliği üçün qiymәtli olmasına baxmayaraq, qәdim zәrdüştilikdәn fәrqlәnir. Çünki onlar öz dövrlәrinin tәlәblәrinә uyğun tәrzdә bәzi dәyişikliklәr etmәyә sәy göstәriblәr.

Qadın haqqında “Avesta”da deyilir: “Ailәdә kişi güclü, qayğıkeş, әmәksevәr, qadın isә tam ixtiyarlı sahibә olmalıdır. Qadından bakirәlik, ismәt vә namus tәlәb olunur, mәhz bütün gözәllik vә xeyirxahlıq da bundadır. Qadınsız hәyatda sevinc vә sәadәt yoxdur”.

“Avesta”nın hәyat konsepsiyası üç dövrә bölünür:

I dövrdә hamının eyni hüquqa malik olması qeyd olunur.

II dövr Zәrdüşt peyğәmbәrin yaşadığı vaxta aiddir. Burada Xeyir vә Şәrin, İşıq vә Zülmәtin yaranması, insanlar arasında düşmәnçiliyin meydana gәlmәsi göstәrilir.

III dövr Xeyirin qәlәbәsi ilә bitir vә bütün insanların xoşbәxt yaşayacağına tәminat verilir.

Nə qədər dini xarakter daşısa da Avesta Azərbaycan eləcə də bir çox Şərq ölkələrinin qədim tarixi haqqında ən mühüm tarixi mənbələrdən biri, nəhəng ədəbi abidədir.