Kino

Avatar 2 filminin çəkilişlərinə başlanılır

294views

Rejissor Ceyms Cameron, dünyada izləmə rekordları qıran fantastik film Avatarın 2-ci filminin çəkilişlərinə başlanılacağını açıqladı.

Cameron, daha əvvəl 2016-nın yazında başlamağı planlaşdırdığını, ancaq sonradan yalnız ‘Avatar’ və ‘Avatar 2’ ilə məhdud qalmaq istəmədiyini və ikinci filmin çəkilişləri yerinə digər davam filmlərinin ssenarilərini yazmağa başladığını bildirib.

Ceyms Cameron
Ceyms Cameron

Avatar 2 filminin çəkilişlərinə avqust ayında başlanması planlaşdırılır. Yalnız davam filminin üzərinə diqqətini yönəltmədiyini bildirən Cameron, 5-ci hissə filmi daxil bütün ssenariləri hazırladığını və qısa bir müddət əvvəl 5-ci filmin ssenarisini də tamamladığını qeyd edib.

Məşhur rejissor, ssenari işlərini reallaşdırdığı 2 ili ‘yazar həbsi’ mühitində keçirdiyini söyləyərək, çəkilişlərin başlanğıcını isə ‘azadlığa qovuşmaq’ olaraq xarakterizə edib.

Filmlərin istehsal şirkəti 20th Century Fox, Avatar 2’nin 2018-ci ildə dekabr ayında nümayişimə girəcəyini açıqlayıb. İlk ‘Avatar’ filmi isə 2009-cu ildə kinosevərlərə təqdim olunmuşdu.