Futbol

Audi’dən Barcelonalı futbolçulara avtomobil hədiyyəsi

731views

Barcelona klubunun sponsoru Audi firması, komandadakı bütün oyunçulara avtomobil hədiyyə edib.

Futbolçular, Audi firması tərəfindən sezon müddəti boyunca istifadə etmələri üçün təqdim olunan avtomobilləri qəbul ediblər.

Barcelona şəhərində baş tutan təqdim etmə mərasimində, Arda Turan və Andres İniesta’nın ciddi zədəli olmalarına baxmayaraq iştirak etməsi əsas diqqət çəkən məqamlardan olub.

Ayaqlarındakı zədə ilə bağlı avtomobillərini idarə edə bilməyən hər iki futbolçu, yeni boz rəngli Audi Q7 avtomobillərinin yan oturacağında əyləşmək məcburiyyətində qalıblar.

Barcelonalı ulduz futbolçulardan Messi ağ Q7, Luis Suarez boz Q7, Neymar isə Mavi rəngli RS7 modellərini seçiblər.