Şəbəkə

Ata, Snapchatda it filtri istifadə edən qızını it qəfəsinə salıb, it yeməyi ilə bəslədi

97views

“İt filtri” istifadə edən qızını, qəfəsə bağlayıb it yeməyi ilə bəslədi.

Ağıllı telefon tətbiqi Snapchat, ABŞ-da bir ailə dramına səbəb olub. Snapchatin məşhur it filtri istifadə edərək paylaşım edən 17 yaşlı gənc qız, atası tərəfindən it daxmasına bağlanılıb.

ABŞ-da 42 yaşlı Rolando Cruz, qızının Snapchat paylaşımlarında it filtri istifadə etməsinə əsəbiləşərək, qızını bir it daxmasına bağlayıb. Hadisə, gənc qızın nənəsi olan Odalys Cruz-un, oğlunun evinə getməsi ilə ortaya çıxıb. Üç gün ərzində daxma də qapalı saxlanılan gənc qız, bu müddət ərzində it yeməyi ilə qidalanmış və eynilə itlər kimi qabdan su içməyə məcbur edilib.

“Dostlarımla bazarlığa getmişdim, qayıdanda anam ağlayırdı. Güman edirəm ki, mənim üçün dua edirdi. Atam mənim otağımda idi və olduqca əsəbiydi. Ailəmin mənə bir filtr üzündən bunları etdiyinə inanmıram” deyən gənc qızın valideynlik hüququ, valideynindən alınaraq nənəsinə verilib.

Cinayətini etiraf edərək həbs olunan ata Cruz isə özünü “Qızım it olmaq istədi, mən də ona it kimi davrandım” – deyərək müdafiə edib.